“Azərbaycan türkcəsi ilə tanışlıq” dərsliyi Azərbaycan Mədəni Universitetinin dərsliklərinə əlavə edilib

02.03.2018, 12:45

GünAz TV: Azərbaycan Mədəni Universiteti öyrəncilərinin tələblərindən biri təmin olunmaqdadır.

 

Son məlumata görə, Azərbaycan Mədəni Universitetinin rektoru “Azərbaycan türkcəsi ilə tanışlıq” dərsliyinin universitetdə tədris olunacağını açıqlayıb.

 

Həsən Vəlizadə bu barədə yerli “Nəsr” xəbər agentliyinə məlumat verib.

 

“Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin razılığı və Universitetin təlim-tərbiyə şurasının təsdiq etməsindən sonra universitetə cari semestrdə (term) “Azərbaycan türkcəsi ilə tanışlıq” dərsliyinin tədrisi haqda icazə verilib. Azərbaycan türkcəsi iki dərslik şəkilində könüllü öyrəncilər üçün tədris olunacaq. Bunun üçün hələlik bir sinif nəzərdə tutulub, lakin gələcək semestrlərdə siniflərin sayı artırılacaq”- deyə o bildirib.

 

Universitet rektorunun sözlərinə görə, türk dili dərsliyi həftədə iki dəfə ustad İsmayıl Mədədi Osalu tərəfindən tədris olunacaq. İ.Mədədi Osalu hazırda Urmiyə və Urmiyə Texnologiya universitetlərində bu dərsliyi tədris edir.

 

Azərbaycan Mədəni Universitetinin rektoru fevralın 12-də universitetdə etiraz yığıncağı keçirən öyrəncilərin digər tələbləri haqda danışmayıb.

Türk dili və ədəbiyyatının Azərbaycan Mədəni Universitetində tədris olunması və konstitusiyanın ana dilinin tədrisi ilə bağlı 15-ci maddəsinin icra olunmasını tələb edən öyrəncilər gur səslə “Ruhani, Ruhani – Vədlərin bəs hanı?!” və “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirmişdir.

Etiraz yığıncağında “Dilsiz millət – Çəkər zillət”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Urmu gölü dolmadı – Öz dilimizdə mədrəsəmiz olmadı”, “Günəş hələ sönməyib – Ana dili ölməyib”, “Biz ölməyə hazırıq – Səttarxan sərbazıyıq”, “Haray, Haray mən türkəm”, “İşıq hələ sönməyib – Azərbaycan ölməyib” və s. kimi şüaralar da dilə gətirilmişdir.

 

Hal-hazırda uzun illər mübarizədən sonra yalnız Təbriz, Azad Təbriz, Urmiyə, Marağa və Urmiyənin Texnologiya Universitetlərində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

 

Konstitusiyanın 15-ci maddəsinin icrası, Türk Dili və Əədəbiyyatı Mədəniyyət Evinin yaradılması və Urmu gölünün canlandırılması İran prezidenti Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat dönəmində azərbaycanlılara verdiyi əsas vədlər olub, 5 il müddətdən sonra verilən vədlərdən heç biri yerinə yetirilməyib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Milli fəalın xəstəxanaya köçürülməsinə icazə verilmir

2022-08-09

gun az article

Urmu gölü ilə bağlı son durum açıqlandı: Su həcmi ekoloji vəziyyətlə müqayisədə 88 faiz azalıb

2022-08-09

gun az article

Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"-Xanımı

2022-08-09

gun az article

“Parlaq gələcək”də müzakirə: “İran terrorçuluğunda yeni gəlişmələr” və “Şuubiyyə, Məhərrəmlik və pan-İranizmin tavrları”- VİDEO

2022-08-09

gun az article

Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

2022-08-09

gun az article

Əhərdə işsizlərin sayı artıb

2022-08-09

gun az article

Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

2022-08-08

gun az article

Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

2022-08-08

gun az article

"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib-FOTO

2022-08-08

gun az article

Təbrizdə SEPAH və "Bəsic" üzvləri Azərbaycan konsulluğunun binasına dini bayraq asıblar

2022-08-08

gun az article

"İran-Rusiya əlaqələrinin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub"-Millət vəkili

2022-08-08

gun az article

Azadlıq səsi: “Güney Azərbaycan azadlıq hərəkatının terror təşkilatlarına mövqeyi”-VİDEO

2022-08-08

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “İranın Quzey Azərbaycanı qarışdırma siyasəti”- VİDEO

2022-08-08

gun az article

Ərdəbilin parça fabrikində yüzlərlə işçinin əmək haqqı ödənilmir

2022-08-08

gun az article

Salmas zindanında məhbuslar ağır durumda saxlanılır

2022-08-08

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı afişalar yayılıb

2022-08-08

gun az article

Güneyli məhbus rejissor Cəfər Pənahi koronovirusa yoluxub

2022-08-08

gun az article

Güneyli fəal müvəqqəti azadlığa buraxılıb

2022-08-06

gun az article

“Yasir əl-Həbib Qasım Süleymaninin adamlarındandır”-Əhməd Obalı-VİDEO

2022-08-06

gun az article

Ərdəbilli təqaüdçülər etiraz aksiyası keçiriblər

2022-08-06