Azərbaycan Türkiyə ilə Naxçıvana təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalayıb - FOTO

2020-12-16 01:44

Bu gün Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Gunaz.tv Quote | Gunaz article

Energetika Nazirliyinin yaydığı məlumata görə, sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz  imzalayıb. 


Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması ilə başlayan imzalanma mərasimində çıxışı zamanı energetika naziri Pərviz Şahbazov Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini, haqq işimizə verdiyi tərəddüdsüz dəstəyi həmrəyliyimizin bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan-Türkiyə  qardaşlığının, sarsılmaz birliynin qələbəsidir: “Bu iki ölkənin liderlərinin bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir. Hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidr. Azərbaycan və Türkiyə regionda yeni geosiyasi reallıqların və təhlükəsiz inkişaf mühitinin birgə müəllifləridir. Regionun resurslar, kommunikasiya və logistika potensialının birgə istifadəsinə imkan yaradacaq yeni çoxşaxəli əməkdaşlıq yalnız Azərbaycan və Türkiyə üçün deyil, bölgə üçün, dünya üçün də faydalı olacaqdır”.  

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə deyib  ki,  bizim gücümüz qardaşlığımızdır, qardaşlığımız isə əbədidir: “Bu Zəfərlə birlikdə döyüşlərin, işğalların olduğu bir coğrafiya əvəzinə layihələrin danışıldığı bir bölgə ortaya çıxıb. Türkiyə -Naxçıvan təbii qaz boru xətti də bu Qələbənin bir hürriyyət layihəsidir. Bu layihə Naxçıvanın iqtisadiyyatını canlandıracaq”.


Anlaşma Memorandumundan bəhs edərkən energetika naziri Pərviz Şahbazov Naxçıvanın təbii qazla təminatının strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu gün imzalanan sənəd Naxçıvana Türkiyədən boru kəməri vasitəsilə qaz tədarükünə zəmin yaradır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.”  


İmzalanma mərasimindən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Enerji layihələrinin, xüsusilə neft-qaz kəmərlərinin təhlükəsizliyi, TAP boru kəməri barədə  jurnalistlərin sualları cavablandırılıb.


Səfər çərçivəsində Azərbaycan və Türkiyə energetika nazirləri Pərviz Şahbazov və Fatih Dönməzin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çəkiləcək yeni kəmərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, enerji sahəsində gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Nazir Pərviz Şahbazov  Azərbaycanla Türkiyənin örnək enerji əməkdaşlığından, enerji layihələrinin hər kəs üçün faydalarından da bəhs edib. Bildirib ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 424 milyon ton nefti, qaz kəmərləri ilə isə Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 milyard kubmetrdən artıq olub. Bu vaxta qədər Türkiyənin Azərbaycan iqtisadiyyatına 14 milyard dollar, Azərbaycanın isə Türkiyəyə 18 milyard dollardan çox sərmayə qoyması da iki ölkə arasında yüksək əlaqələrin daha uğurlu bir nümunəsi kimi qiymətləndirilib. 


Qeyd edək ki, səfər zamanı energetika naziri Kalyon Günəş Paneli zavoduna və Türkiyənin TEİAŞ Şirkətinin Dispetçer Mərkəzinə də baş çəkib. 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyədə onlarla iranlı insan qaçaqçısı saxlanılıb

2021-01-24

gun az article

ABŞ Çinin Uyğurlara qarşı siyasətini `soyqırım` kimi tanıdı

2021-01-20

gun az article

Ermənistanda II Qareginin əleyhinə aksiya keçirilməsi planlaşdırılır

2020-12-26

gun az article

“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” – Qafan meri

2020-12-25

gun az article

Azərbaycan əsgərləri yol kənarında kafe işlədən erməniyə bir saat vaxt verdi — VİDEO

2020-12-25

gun az article

Prezident İlham Əliyev: Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər

2020-12-25

gun az article

Hikmət Hacıyev: “Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub”

2020-12-24

gun az article

Kəlbəcərdəki məşhur qapının YENİ FOTOSU

2020-12-24

gun az article

Prezident İlham Əliyevin doğum günüdür

2020-12-24

gun az article

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

2020-12-24

gun az article

İtaliya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

2020-12-24

gun az article

Gürcüstanda iki azərbaycanlı güllələnib

2020-12-24

gun az article

Nazir: “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”

2020-12-23

gun az article

Ağdamın Seyidli kəndindən - VİDEOGÖRÜNTÜLƏR

2020-12-23

gun az article

Zəngilanın Mincivan qəsəbəsi - VİDEO

2020-12-23

gun az article

İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb

2020-12-22

gun az article

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir - VİDEO

2020-12-22

gun az article

XİN: UNESCO-nun açıqlamaları Azərbaycanla əməkdaşlığın ruhuna uyğun gəlmir

2020-12-22

gun az article

Vətən müharibəsi şəhidlərinin sayı 2802 nəfərə yüksəlib

2020-12-21

gun az article

Şoyqu: “Bu günə kimi Qarabağda bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib”

2020-12-21