SON XƏBƏRLƏR

Azərbaycan Türkiyənin təşəbbüsünə mənfi yanaşıb

2021.10.20, 07:36
Azərbaycan Türkiyənin təşəbbüsünə mənfi yanaşıb

Gunaz.tv
Azərbaycan Türkiyənin təşəbbüsünə mənfi yanaşıb x2tepf6a.jpg Ərdoğan Qafqazda sabitlik və əməkdaşlıq platformasını Bakıda müzakirə edəcəyini bildirib «Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını istəyir». lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Bodrum hava limanında keçirdiyi mətbuat konfransında belə deyib. O, təəssüflə bildirib ki, ABŞ, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-in Minsk Qrupunun 13 ildir davam edən vasitəçilik missiyası hələ də heç bir nəticə verməyib. Bu problemin tez bir zamanda həlli bölgədə sülhün və sabitliyin bərqərar olması baxımından olduqca əhəmiyyətlidir. Qafqazda sabitlik və əməkdaşlıq platformasını Rusiya və Gürcüstanın dövlət başçılarına təqdim etdiyini və onların bu məsələyə müsbət yanaşdıqlarını deyən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın da bu platformaya qoşulmasını arzu edir. Bu təklifi gələn həftə Bakıya səfəri zamanı müzakirə edəcəyini də söyləyən baş nazirin fikrincə, təklif etdiyi əməkdaşlıq platforması bölgədəki etnik münaqişələrin həllinə kömək edəcəkdir. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar