Azərbaycan türklərinə qarşı xain plan: “Məqsəd Türkiyə ilə arada bufer dövlət yaratmaqdır”

2021-03-24 14:49

​​​​​​​İran Radio və Televizya Verilişləri Şirkətində kürd dilində yayımlanan “Nun x” adlı serialda Azərbaycan şəhərlərini kürd torpağı kimi qələmə verilib.

Gunaz.tv Quote | Gunaz article

İran Televiziyasının 1-ci kanalından yayınlanan  serialın final titrajında Urmu gölü, Tikantəpə, Təxti-Süleyman tarixi abidəsi, Çəmli göl və digər türk yurdları yerlər Kürdüstan torpağı kimi təqdim edilib.  

Bundan öncə də müxtəlif veriliş, film və serial və ölkə rəsmilərinin çıxışlarında Qərbi Azərbaycan torpaqları Kürdüstan kimi qələmə verilib.

Hətta İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinə səfəri zamanı bölgəni “Urmiyə əyaləti” adlandırmışdı.

Qeyd edək ki,  “Urmiyə əyaləti” kürd miliyyətçiləri və təşkilatlarının Qərbi Azərbaycan əyalətinə verdikləri qondarma addır. 

AMEA-nın əməkdaşı, BAO başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında bildirib ki, İran televiziyasının bu mövqeyi təsadüfi deyil: 

Faiq Qəzənfər oğlu Ələkbərli: Türk dünyasının ən ciddi məsələsi ortaq dil  problemidir - Sozcu.az

“Bir zamanlar Azərbaycanın quzeyində türk torpaqları hesabına Ermənistan dövləti yaradan anti-türk,  anti-Azərbaycan qüvvələrinin eyni ssenarini bu dəfə Kürdüstan  adı altında Güney Azərbaycanda hazırlayırlar. 

Azərbaycan, türk düşmənlərinin əsas məqsədi bu bölgəni Qara dənizdən başlamış Kəngər körfəzinə qədər türksüzləşdirməkdir. 

Hər halda aparıcı Qərb dövlətlərinin planında Türkiyə türklüyü ilə Azərbaycan türklüyünün birləşməməsi üçün təxminən 100 il əvvəl Gürcüstan və Ermənistan dövlətləri yaradılıb. 

Bununla yanaşı Azərbaycanın güneyində isə Aysori-erməni dövlətinin yaradılmasına cəhdlər edilib. 

O zaman Qərb dövlətlərinin planları tam gerçəkləşmədi, belə ki, Osmanlı dövlətinin də hərbi yardımı ilə Azərbaycanın quzeyində Azərbaycan Cümhuriyyəti yaradıldı,  Güney Azərbaycanda isə Aysori-erməni dövlətinin yaranmasının qarşısı alındı.  Həmin anti-türk qüvvələr indi kürdlərin adı altında bu oyunu davam etdirirlər”. 

Tarixçi alim deyib ki,  həmin anti-türk qüvvələr əslində kürd adı altında yenə də  erməniləri türklərə qarşı qoyurlar: 

“Başqa sözlə, bu gün kürd kimi tanınanların çoxu ermənilərdir. Hazırda da həmin kürdləşmiş ermənilər üçün dövlət yaratmaq istəyənlər var. İran İslam rejimi də bu məsələdə kürdləşmiş ermənilərdən yana olduğunu gizlətmir. 

Bu anlamda İran Radio və Televizya Verilişləri Şirkətinin kürd dilində yayımlanan “Nun x” adlı serialda Azərbaycan şəhərlərini kürd torpağı kimi qələmə verilməsi təsadüfi deyil. 

Xüsusilə də, İran Televiziyasının 1-ci kanalından yayınlanan  serialın final titrajında Urmu gölü, Tikantəpə, Təxti-Süleyman tarixi abidəsi, Çəmli göl və digər türk yurdları yerlərini  Kürdüstan torpağı kimi qələmə verilib, görüntülərin kürd musiqisi və mahnısı ilə müşayiət olunması fars molla rejiminin mahiyyətini ortaya qoyur”. 

F.Ələkbərlinin fikrincə, molla rejiminin Qərbi Azərbaycanla bağlı fitnəkar planı var: “Əslində burada Kürdüstan adı altında növbəti bir erməni-kürd dövləti yaratmaq istəyirlər. 

Əsas məqsəd Türkiyə, İraq və Azərbaycan türkləri arasında türksüz zona yaratmaqdır. Azərbaycan və Türkiyə dövlətlərini bu kimi önəmli məsələlərdə də diqqətli olmalıdır. 

Hesab edirik ki,  Kürdüstan adı altında Güney Azərbaycan torpaqları hesabına erməni-kürd dövlətinin yaradılmasına qətiyyən yol verilməməlidir”.

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12