SON XƏBƏRLƏR

Azərbaycan və ABŞ hərbi əməkdaşlıq məsələsini müzakirə edir

2021.10.20, 07:36
Azərbaycan və ABŞ hərbi əməkdaşlıq məsələsini müzakirə edir

Gunaz.tv
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanmasının və Birgə Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Kevin Kosqrifi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S.Əbiyev Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq məsələlərinin mövcud inkişaf səviyyəsinin və regionda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış gərgin vəziyyəti qonağın diqqətinə çatdırıb. Görüşdə ABŞ və Azərbaycan Hərbi Dəniz qüvvələrinin əməkdaşlıq perspektivlərinə dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar