SON XƏBƏRLƏR

AZƏRBAYCAN və POLŞA DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA SAZİŞ İMZALANIB

2021.10.20, 07:36
AZƏRBAYCAN və POLŞA DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA SAZİŞ İMZALANIB

Gunaz.tv
AZƏRBAYCAN və POLŞA DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA SAZİŞ İMZALANIB Daxili işlər naziri Ramil Usubov Polşa baş nazirinin müavini, daxili işlər və administrasiya naziri Q.Sxetinanın dəvəti ilə iyunun 3-dən 5-dək Varşavada səfərdə olub. AzərTAc xəbər verir ki, dünən naziri prezident Lex Kaçinski qəbul edib. L.Kaçinski Azərbaycanla əməkdaşlığa mühüm önəm verdiklərini, bir sıra vacib məsələlər ətrafında prezident İlham Əliyevlə müntəzəm fikir mübadisi apardıqlarını, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və Azərbaycanın Avropa strukturlarına inteqrasiyası baxımından Polşanın bundan sonra da mümkün olan hər şeyi edəcəyini diqqətə çatdırıb. Səfər zamanı R.Usubov Polşa polisinin fəaliyyəti ilə tanış olub. Polşa daxili işlər nazirinin müavini A.Rapasski, Varşava Şəhər Polis İdarəsinin rəisi A.Mateyuk, əsas xidmət strukturlarının rəhbərləri iş təcrübələri, mütəşəkkil cinayətkarlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ictimai asayişin təmin olunması, nanotexnologiyaların tətbiqi, istintaq-əməliyyat tədbirləri və digər sahələrdə həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat veriblər. R.Usubov və polşalı həmkarı Q.Sxetina «Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq» haqqında hökumətlərarası saziş imzalayıblar. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar