Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə rabitə magistralının çəkilməsi layihəsi üzrə memorandum imzalayacaqlar

2008-06-23 20:44

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə rabitə magistralının çəkilməsi layihəsi üzrə memorandum imzalayacaqlar Azərbaycan, Bakı, 23 iyun / Trend Capital, müxbir S.Babayeva / Azərbaycan və Qazaxıstan Siyazən-Aktau marşrutu üzrə Trans-Asiya-Avropa fibroo

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə rabitə magistralının çəkilməsi layihəsi üzrə memorandum imzalayacaqlar Azərbaycan, Bakı, 23 iyun / Trend Capital, müxbir S.Babayeva / Azərbaycan və Qazaxıstan Siyazən-Aktau marşrutu üzrə Trans-Asiya-Avropa fibrooptik kabel magistralının Xəzər seqmentinin çəkilməsi layihəsi çərçivəsində, gələcək hərəkət koordinasiyası haqqında memorandum imzalayacaqlar. Bu barədə bazar ertəsi «KazTransCom» SC-yə istinadən, Qazaxıstanın İnformatizasiya və Rabitə üzrə Agentliyi məlumat verib. Azərbaycan və Qazaxıstan operatorları - Azərbaycan Rabitə Nazirliyinin Beynəlxalq Rabitə və Hesablamalar Mərkəzi (BRHM) və «KazTransCom» - arasında imzalanmış protokola əsasən, xərclərin yarısını Azərbaycan, yarısını Qazaxıstan ödəyəcək. «Sənəd magistralın tikintisi və biznes-planın Texniki İqtisadi Əsaslandırmanın hazırlanması üzrə «AXIOM» Konsaltinq Şirkəti ilə əməkdaşlığa dair imzalanacaq», - deyə SC-dən bildirilib. «KazTransCom»un verdiyi məlumata əsasən, mayın sonunda «KazTransCom» SC, BRHM, «Aztelekom» BM və «AXIOM» nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşün sonunda qarşıda duran dövr üçün iş planı protokolu imzalanıb. Tərəflər TİƏ layihəsinin hazırlanması üzrə məsləhətçilər ilə müqavilələrin bağlanmasına dair danışıqlar aparıb və məhz bu görüşdə «Gələcək hərəkətlərin koordinasiyası haqqında memorandum»un imzalanmasına dair qərar qəbul olunub. BRMH-dən bildirilib ki, sənədin imzalanacağı dəqiq tarix hələ müəyyən olunmayıb. «Biz Qazaxıstan tərəfinin qərarını gözləyirik. İşin böyük hissəsi onların payına düşür», - deyə Dövlət İdarəsindən bildirilib. 1999-cu ildə aparılan hesablamalara görə, dənizin dibi ilə rabitə kabelinin tikintisi $10 mln. təşkil edir. Layihənin dəyərinin artacağı istisna olunmur. Qazaxıstan və Azərbaycan arasında marşrutun uzunluğu təxminən 380 km təşkil edir. Hazırda mövcud olan marşrut Azərbaycan ərazisini dövr edərək, Türkmənistan və İrandan keçir. Azərbaycan Rabitə nazirliyində hesab edirlər ki, Azərbaycandan «TAE» kabelinin çəkilməsi layihəsinin həyata keçməsi, marşrutu təxminən 2000 km qısaldacaq, bu da informasiya ötürmə trafikini sürətləndirəcək. Paralel olaraq anoloji predmet üzrə Türkmənistan ilə danışıqlar aparılır, çünki sözügedən ölkə ilə razılıq əldə olunarsa, kabel marşrutunu əhəmiyyətli dərəcədə qısaltmaq olar. Qırğızıstan ilə əlaqə yaradıb, Çin ilə birləşmə layıhəsini həyata keçirmək olar. trend
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19