SON XƏBƏRLƏR

Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi sahədə əməkdaşlıq edəcək

2021.10.20, 07:36
Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi sahədə əməkdaşlıq edəcək

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

 

Müdafiə Nazirliyinin saytında yayılan məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Görüşdə "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar