SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə aktyorlarının birgə serialı çəkiləcək

2021.10.20, 07:36
Azərbaycan və Türkiyə aktyorlarının birgə serialı çəkiləcək

Gunaz.tv
Azərbaycan və Türkiyə aktyorlarının birgə serialı çəkiləcək nahid-emiloqlu.jpg Azərbaycan və Türkiyə aktyorlarının birgə iştirakı ilə serial çəkiləcək. Bunu Lent-az-a layihənin təşkilaçıtçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu deyib. Onun sözlərinə görə, artıq çəkiləcək serialın ssenarisi hazırdır: “Mən o ssenarini Türkiyəyə təqdim etsəm, o an çəkilişə başlayarlar. Bir neçə dəfə ssenarini istəyiblər, verməmişəm Bu serialın çəkilişini Bakıda gerçəkləşdirmək fikrindəyəm. Türkiyənin tanınmış aktyorlarını Azərbaycana cəlb etmək istəyirəm. Sadəcə, bu layihənin Bakda keçirilməsi üçün dəstək olmalıdır. İnanıram ki, bu layihə baş tutacaq. Yaxın vaxtlarda Mədəniyyət və Turizm Nazirliyinin bu sahəyə dəstək verəcəyinə ümidvaram”. Ülkər Rəşidqızı, /lent.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar