SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə arasında Qarşılıqlı hərbi yardım haqqında sazişə ehtiyac yaranıb

2021.10.20, 07:36
Azərbaycan və Türkiyə arasında Qarşılıqlı hərbi yardım haqqında sazişə ehtiyac yaranıb

Gunaz.tv
Qarşılıqlı hərbi yardım haqqında sazişə ehtiyac yaranıb "Azərbaycanın müraciəti yetər ki, Türkiyəyə belə bir əməkdaşlığa qol qoysun" ankara.jpg Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq edə bilər. Bakıda səfərdə olan Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri Murad Bayarla görüşlərdə bununla bağlı müzakirələrin aparılması gözlənilir. İki ölkənin hərbi sənaye kompleksi sahəsində əməkdaşlığının mümkünlüyü qarşılıqlı hərbi yardım barədə sazişin imzalanmasını zəruri edib. Mütəxəssislərin fikrincə, Azərbaycanın qardaş ölkə ilə qarşılıqlı hərbi yardıma dair sazişinin olmaması təəssüf doğuran haldır və bu cür razılaşma gecikdirilməməlidir. Tural İşğal olunmuş torpaqlarımızın taleyi, son dövrdə PKK terrorçularının işğal olunmuş torpaqlarımızda məskunlaşması, ən əsası isə Rusiya və Ermənistan arasında hərbi yardım haqqında müqavilənin mövcudluğu, işğalçı ölkənin MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirakı Azərbaycanın da NATO üzvü olan Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalanmasını zəruri edir. Üstəlik, Azərbaycanın NATO-ya inteqrasiya planlarını nəzərə alsaq, bu müqavilənin xüsusi əhəmiyyət daşıdığını vurğulamaq mümkündür. Siyasi şərhçi Niyaz Qaraöynəli NATO standartlarına uyğun hərbi kadrların hazırlanmasında, NATO-nun proqramlarında, Sülh Naminə Tərəfdaşlıq Proqramında, əvvəllər Kosovada və Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iki ölkənin hərbi-siyasi əməkdaşlığını təqdirəlayiq hal saydı. Ekspert Azərbaycanın əsas tərəfdaşı olan Türkiyə ilə hərbi yardım haqqında saziş imzalamasının da vacibliyini bildirdi: "Hər iki ölkə arasında hərbi sənaye sahəsində əlaqələr var və bu inkişaf etdirilir. Sadəcə olaraq, görülən işlər ictimaiyyətə açıqlanmır ki, bu da düzgün addımdır. Bu gün artıq strateji planlaşdırma, kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində hər iki ölkə arasında əlaqələrin inkişafına da ehtiyac yaranıb". Ekspert Türkiyə və Azərbaycan arasında münasibətləri şərtləndirən amil kimi ortaq dəyərlərdən başqa bu ölkələrin geostrateji rəqiblərinin də eyni qüvvələrdən ibarət olduğunu söylədi. Ekspert qarşılıqlı hərbi yardımlara dair sazişin gerçəkləşdirilməsinin də müəyyən təzyiqlərlə rastlaşacağını bildirdi: "Bu gün Türkiyənin içərisində ictimai fikirə təsir edən qüvvələr mövcuddur ki, bunlar da Ermənistanla əlaqələrin qurulmasının tərəfdarı kimi çıxış edirlər. Amma hərbi sahədə strateji qərarların qəbul olunmasını bilavasitə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı müəyyənləşdirir. Bu baxımdan, Azərbaycanın müraciəti yetər ki, Türkiyəyə belə bir əməkdaşlığa qol qoysun. Rəsmi Bakı strateji baxımdan Ankarayla müttəfiqdir. Digər tərəfdən, Pakistanla da müttəfiq münasibətləri mövcuddur ki, bu ölkə ilə də oxşar saziş imzalana bilər. Hərbi yardıma dair beynəlxalq təcrübə var, zənnimcə Azərbaycan bu sahədə addım atmaqda geçikir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar