SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan birgə enerji konfransı keçirəcək

2021.10.20, 07:36
Azərbaycan və Türkmənistan birgə enerji konfransı keçirəcək

Gunaz.tv
Azərbaycan və Türkmənistan birgə enerji konfransı keçirəcək Tədbirlə bağlı razılıq Berdımuxammədovun Azərbaycana səfəri zamanı əldə olunub 2008-ci il sentyabrın 1-ci yarısında Bakıda "Türkmənistan və Azərbaycan nefti və qazı" mövzusunda konfrans keçiriləcək. Türkmən mənbələrinin məlumatına görə, bu barədə iyunun 13-də Türkmənistan Nazirlər Kabinetinin iclasında Yanacaq- Energetika Kompleksinə rəhbərlik edən baş nazirin müavini Taçberdı Tağıyev bildirib. Türkmənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Qurbanqulı Berdıməhəmmədov bu konfransın hazırlanması və keçirilməsi üzrə işçi komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. Birgə Beynəlxalq Neft-qaz Forumunun keçirilməsi haqqında razılıq Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədovun bu yaxınlarda Azərbayjana səfəri zamanı əldə olunub. bizimyol --------------------------------------------------------------------- Türkiyənin dövlət rəsmiləri Xorvatiya-Türkiyə oyununu canlı izləyəcək Azərbaycan, Bakı, 17 iyun / Trend News , müxbir S.İlhamqızı/ Türkiyə prezidenti Abdullah Gül Avropa Futbol Çempionatı -2008-də 1/4 finala çıxan Türkiyə milli yığmasının Xorvatiya yığması ilə oyununu izləmək üçün Vyanaya gedə biləcəyini deyib. «Bütün türk xalqı kimi, mən də oyunu həyəcan və qürurla izləyirəm» - deyə prezident Gül bildirib. Məlumatı çərşənbə axşamı Türkiyənin kütləvi informasiya vasitələri yayıb. Gül Türkiyənin 1/4 finala çıxmasını hədiyyə kimi qiymətləndirib. Türkiyə Silahlı Qüvvələri komandanı Yaşar Böyükant isə, «Millilər hamımızı sevindirdi, son 15 dəqiqə möhtəşəm bir oyun idi. Ümid edirəm ki, növbəti oyunda da eyni sevinci yaşayacağıq» - deyə münasibət bildirib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə, Xorvatiya ilə oyunu canlı izləmək üçün iyunun 20-21-də Vyanada olacaq. Türkiyə milli yığması iyunun 15-də Çexiya millisinə 3-2 hesabı iəl qalib gələrək, 1/4 finala çıxıb. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar