SON XƏBƏRLƏR

Azərbaycan Xəzərdə hərbi potensialının gücləndirilməsinə tələsməlidir

2021.10.20, 07:36
Azərbaycan Xəzərdə hərbi potensialının gücləndirilməsinə tələsməlidir

Gunaz.tv
Azərbaycan Xəzərdə hərbi potensialının gücləndirilməsinə tələsməlidir article_1213372879.gif Ekspertlər hesab edirlər ki, Azərbaycan Xəzərdə təhlükəsizliyini təmin etmək üçün hərbi potensialının gücləndirilməsinə tələsməlidir. Müstəqil hərbi ekspert Ələkbər Məmmədov hesab edir ki, xaricin dəstəyi ilə Azərbaycan digər Xəzəryanı ölkələrlə birlikdə - Qazaxıstan və Türkmənistan - su sərhədlərinin gücləndirilməsi üçün Xəzərdə hərbi gücünü qüvvətləndirə bilər. Ekspert bu gün bildirib ki, Qərbə və NATO-ya inteqrasiya prioritetini seçən Azərbaycanın başlıca məsələlərindən biri Xəzərdə hərbi gücün qüvvətləndirilməsi olmalıdır. «Azərbaycanın Xəzərdə zəngin enerji resursları var və onların təhlükəsizliyini təmin etmək üçün ölkənin güclü hərbi donnanması olmalıdır», - deyə Məmmədov hesab edir. Keçmiş sovet respublikaları arasında yalnız Azərbaycanın Xəzərdə hərbi-dəniz qüvvələri var. Azərbaycanın müstəqil hərbi eksperti Üzeyir Cəfərov hesab edir ki, bu qüvvələrin təkmilləşdirilməsi və gücləndirilməsində Azərbaycan NATO və Alyansın digər üzvləri ilə daha fəal əməkdaşlıq etməlidir. «Bu gün ABŞ-ın hərbi-dəniz qüvvələrinin gücləndirilməsi istiqamətində Azərbaycana göstərdiyi yardım - ölkəyə böyük dəstəkdir. Azərbaycan əldə etdikləri ilə kifayətlənməməli, Xəzərin hərbiləşdirilməsinə qarşı çıxan Rusiya və İranın reaksiyasından çəkinməyərək, əməkdaşlığı genişləndirməlidir», - deyə Cəfərov bildirib. Ekspert hesab edir ki, Azərbaycan bu məsələdə, ABŞ-ın dəstəyi ilə, Xəzərin ona məxsus sahəsində hərbi qüvvələrinin gücləndirilməsinə başlayacaq Qazaxıstanın yardımından istifadə edə bilər.//Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar