Azərbaycan XİN başçısı: “Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır”

2021-04-08 22:35

“Hərbi əsirlər kimi Ermənistan tərəfindən təqdim olunan mövzunun mahiyyəti fərqlidir. Azərbaycan bütün sahələrdə öz öhdəliklərinə ciddi yanaşan və məsuliyyətli, beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısıdır və bunu dəfələrlə sübut edib. 10 noyabr tarixli  bəyanatın imzalanmasından sonra  bütün müstəvilərdə Azərbaycan özünü çox məsuliyyətli davranışını təsdiq edib”. 

Gunaz.tv Quote | Gunaz article

Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib. 

Nazir qeyd edib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim etdi: “Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim etdi, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarıldı. 

Qeyd edim ki, Azərbaycan, həmçinin, mülki şəxsləri, hansılar ki, müharibə zamanı Ermənistan tərəfindən yaşlı mülki şəxslər həmin ərazidə kimsəsiz buraxılmışdı, onları da Qızıl Xaç Təşkilatı vasitəsilə hərbi əməliyyatlar gedən zaman Azərbaycan onları təqdim etdi. Hazırda Ermənistan tərəfindən qaldırılan mövzunun tarixçəsi ilə bağlı qeyd edim ki, bu üçtərəfli bəyanat imzalandıqdan və tərəflər öz üzərinə öhdəlik götürdükdən sonra, təxminən bir ay sonra meydana çıxan məsələdir”.  

Ceyhun Bayramov bildirib ki, dekabrın 12-13-də Azərbaycan hərbi qüvvələrinin tam nəzarətində olan, üçtərəfli bəyanata əsasən, təsdiqlənmiş xəritələrə əsasən, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs ağır yaralanıb: 

“Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilmişdir və 62 nəfər Ermənistan hərbiçisi tutulmuşdu. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində  yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbiçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var. 

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. 


Bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb. BMT Baş katibinə bu faktla bağlı məktub ünvanlamışıq. Bunun regiona təhdid adlandırmışıq, Ermənistana təzyiq göstərilməsini istəmişik. Ermənistan bu kimi spekuliyasiyalarla üçrərəfli bəyanata zidd olan addımlarını gizlətmək istəyir”. (apa)
 

Ayxan Turan

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

2021-04-16

gun az article

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

2021-04-16

gun az article

Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

2021-04-16

gun az article

Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub

2021-04-16

gun az article

Rusiya DİN MDB ölkələrinə ultimatum verdi

2021-04-16

gun az article

Angela Merkelə "AstraZenca" vaksini vurulub

2021-04-16

gun az article

Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

2021-04-16

gun az article

Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16

gun az article

Belaruslu politoloq: "Minsk qrupunun mexanizmləri işləmir"

2021-04-16

gun az article

Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib

2021-04-16

gun az article

Tanınmış jurnalistə vəzifə verildi

2021-04-16

gun az article

Ərdoğan: "Yunanıstan Lozanna müqaviləsini pozur"

2021-04-16

gun az article

Ərdoğan Şimali Kipr rəhbərliyinə xəbərdarlıq edib

2021-04-16

gun az article

Gürcüstan Çin vaksinini tətbiqinə hazırlaşır

2021-04-16

gun az article

Türk birliyinə doğru: “Şuşada Türk Xalqları Universiteti yaradılsın”-TƏKLİF

2021-04-16

gun az article

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

2021-04-16

gun az article

Qalibaf: “İran uranı 60 faiz səviyyədə zənginləşdirməyə nail oldu”

2021-04-16

gun az article

Azərbaycana 100 min dozadan çox “Sputnik V” peyvəndi göndəriləcək

2021-04-16

gun az article

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb-VİDEO

2021-04-16

gun az article

Türkiyədə içərisində nazirin olduğu təyyarə qəza enişi edib

2021-04-16