Azərbaycan XİN: Qurgen Alaverdyan zərərsizləşdirilib

2020-08-28 16:02

2020-ci ilin avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd etmişdir. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınmış, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirilmişdir.

Gunaz.tv Quote | Gunaz article

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istintaqa cəlb edilmiş sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının silahlı qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf etmişdir.


Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttinin müxtəlif hissələrində son günlər intensivləşən kəşfiyyat tədbirləri, o cümlədən pilotsuz uçuş aparatlarından istifadənin genişlənməsinin müşahidə edildiyi bir vaxtda, Qurqen Alaverdiyanın rəhbərliyi ilə həyata keçirilən kəşfiyyat-diversiya fəaliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin cəbhə xəttində növbəti hərbi avantüra güddüyünü göstərir və hərbi vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisi kimi qəbul edilməlidir.


Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi isteriya və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərsəm ittihamlar səsləndirməsi beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürist siyasətinin uğursuzluqlarından yayındırmaq cəhdidir.


Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlarını qətiyyətlə rədd edirik. Azərbaycan tərəfi əsir götürülən Qurqen Alaverdiyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranmışdır.


Bu xüsusda, yada salmaq yerinə düşər ki, Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulmasına dair iddialar irəli sürən ölkə 30 ilə yaxındır ki, Azərbaycan Respublikasına qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və etnik təmizləmə ilə müşaiyət olunmuş hərbi təcavüz aktı törədən Ermənistandır. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 20000 azərbaycanlı qətlə yetirilmiş, 50000 şəxs əlil olmuş, bir milyona yaxın mülki şəxs öz doğma yaşayış yerlərindən zorla vəhşicəsinə qovulmuş, 5364 nəfər itkin düşmüş, əsir və girov götürülərək Ermənistan tərəfindən ağır işgəncə və alçaldıcı rəftara məruz qalmışdır. Bu şəxslərdən 4000-ə yaxın insanın taleyi hələ də məlum deyildir.


Ermənistan hal-hazırda soydaşlarımız, mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlayaraq, onları işgəncəyə məruz qoymuş, qanunsuz olaraq azadlıqdan məhrum etmişdir.


Ermənistan silahlı qüvvələrinin zabitinin əsir götürülməsi kontekstində humanitar hüququ, o cümlədən Cenevrə konvensiyalarını yadına salan Ermənistan, bu ölkənin əvvəlki və hazırkı hakimiyyəti Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr tərəfindən dəstəklənən hər iki tərəfdə olan əsir və girovların “hamının hamıya qarşı” prinsipi ilə dəyişdirilməsi təklifinə inadkarcasına etiraz etdiyini unutmamalıdır.


Azərbaycana qarşı sərsəm iddialar irəli sürən Ermənistan insanlığın ən adi dəyərlərini və beynəlxalq humanitar hüququn ən ümdə prinsiplərini heçə sayaraq, münaqişə gedişində həlak olmuş şəxslərin meyitlərini belə siyasi və maddi qazanc obyekti etməkdən çəkinməmiş, meyitlərə münasibətdə onların peşələrinə və ya hərbi rütbələrinə uyğun olaraq “qiymət cədvəli” tətbiq etmiş bir dövlət olaraq, humanizm, tolerantlıq və bu kimi ideyalardan danışmağa mənəvi haqqını çoxdan itirmişdir.


Ermənistanın əvvəlki hərbi-siyasi rəhbərliyinin Azərbaycana və onun mülki vətəndaşlarına qarşı törədilmiş ağır müharibə və insanlıq əleyhinə cinayətlərə görə üzr istəməkdən açıq aydın boyun qaçıran hazırkı Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir.


Azərbaycana qarşı sülhün təsisi üçün əlverişli mühitə zərbə vurmaqla bağlı ittiham irəli sürən Ermənistan cari ilin 12-16 iyul tarixlərində dövlət sərhədinin Tovuz istiqamətində cəhd etdiyi hücum, bunun ardınca cəbhə xəttində vəziyyəti gərginləşdirən, münaqişənin nizama salınması cəhdlərinə zərbə vuran təhrikçi və təxribat xarakterli bəyanat və hərəkətləri ilə yaranmış vəziyyətə görə məsuliyyəti öz boynundan atmağa hədəflənmiş uğursuz cəhd göstərir.


Dünya ictimaiyyəti, Tovuz istiqamətində vəziyyətin məqsədyönlü gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin birmənalı məsuliyyət daşıdığını anlayır və bu ölkənin hərbi əsir Qurqen Aleverdiyan ətrafında vəziyyətdən diqqəti yayındırmaq məqsədilə istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.


Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və ermənifobiya ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuz da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkindirmək üçün əməli addımlar atmağa çağırır.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”

2020-10-26

gun az article

Prezident İlham Əliyev: “Atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz”

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: “Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”

2020-10-26

gun az article

Azərbaycan Prezidenti Zəngilan, Cəbrayıl və Qubadlının dünən işğaldan azad edilmiş kəndlərinin adını açıqlayıb

2020-10-26

gun az article

Prezident İlham Əliyev: “Biz yeni reallıq yaratmışıq, hesablaşın”

2020-10-26

gun az article

Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını açıqlayıb

2020-10-26

gun az article

Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb

2020-10-26

gun az article

Hikmət Hacıyev: "Ermənistan baş naziri növbəti dəfə yalan danışır"

2020-10-26

gun az article

Hikmət Hacıyev: "Humanitar atəşkəsin növbəti dəfə pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"

2020-10-26

gun az article

Müdafiə Nazirliyi: Düşmən bölmələrimizi atəşə tutur

2020-10-26

gun az article

Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"- FOTO

2020-10-26

gun az article

MN: Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO

2020-10-25

gun az article

Prezident: "Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir"

2020-10-25

gun az article

Prezident: "Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib"

2020-10-25

gun az article

Prezident İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib - YENİLƏNİB- FOTO

2020-10-25

gun az article

MN: Qubadlı istiqamətində Ermənistana məxsus döyüş təyyarəsi məhv edilib

2020-10-24

gun az article

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

2020-10-24

gun az article

Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

2020-10-24

gun az article

Düşmənin gecə ərzində döyüş texnikaları məhv edilib - VİDEO

2020-10-24

gun az article

MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

2020-10-24