SON XƏBƏRLƏR

Azərbaycan XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlara dəstək nümayiş etdirib

2021.10.20, 07:36
Azərbaycan XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlara dəstək nümayiş etdirib

Gunaz.tv

GünAz TV: Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə ordusunun Suriyanın şimalında apardığı anti-terror əməliyyatları ilə bağlı bəyanat yayıb.

 

XİN Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəklədiyini bildirib.

 

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”, - deyə bəyanatda qeyd olunub.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar