"Türk adaylara səs verək və terrorçuların planını pozaq"-Güneyli ziyalılardan Urmuda keçiriləcək seçkilərlə bağlı ÇAĞIRIŞ

2021-05-01 13:06

Qərbi Azərbaycanda keçiriləcək şəhər şuralarına seçkilər Güneydə diqqət mərkəzindədir. Bir qrup güneyli ziyalı qarşıdan gələn seçkilərlə bağlı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda deyilir:

"Son illərdə İranda yaşayan xalqların iqtisadi vəziyyəti həddindən artıq pisləşib və COVİD-19 pandemiyası şəraitində hər gün toyuq, yağ almaq üçün uzun növbələrin yaranması ilə bağlı narahatlıq doğuran xəbərlər gəlir.

Fabriklərin, sexlərin, restoranların bağlanması nəticəsində gənclərin böyük əksəriyyəti işsiz qalıb. Fond bazarında əhalinin yeganə ümidi olan kapitalını itirən insanların müflis olması və yüzlərlə bu kimi hallar əsas xəbər başlıqlarına çevrilib.

Rejimə təsir göstərən şovinist ideologiyaya malik ünsürlər və hakim sistemə soxulmuş keçmiş diktator rejimin varisləri Azərbaycan xalqına qarşı sistemli şəkildə ayrı-seçkilik siyasəti aparır. Bununla əlaqədar  Azərbaycan bölgələrində ciddi iqtisadi problemlər güclənib və bu, millətimizin məyusluğuna, ümidsizliyinə səbəb olub".

Güneyli ziyalılar hesab edir ki, Qərbi Azərbaycanın əlverişli geostrateji mövqeyinə, üç ölkə ilə qonşuluğuna və əhəmiyyətli tarixi keçmişə malik olmasına baxmayaraq, məsulların laqeydliyi, yanlış idarəçilik, təyin edilən səlahiyyətlilərin yarıtmazlığı və hökumətin bu əyalətə təhlükəsizlik prizmasından yanaşması və kürd terror təşkilatlarının aktivliyi bölgəni iqtisadi baxımdan geri salan amillərdəndir.

"Sadalanan çox amillər Qərbi Azərbaycan əyalətini bir çox sahələrdə, o cümələdən iqtisadi göstəricilərə görə Bəluçistan kimi ən geri qalmış əyalətlərlə eyni sırada, sonuncu yerlərdə qərar tapmasına səbəb olub.
Bu Azərbaycan ziyalıların və mədəni fəalları ciddi narahat edir"-bəyanatda deyilir.

Güneyli ziyalılar hər kəsi baş verənlərə layerd qalmamağa çağrııb: "Qərbi Azərbaycan və Urmuda olan sosial-iqtisadi problemləri  burada qeyd etmək yersizdir. Ancaq bu problemlərin içində bölgədə fəaliyyət göstərən kürd terror təşkilatlarının aktivliyi əsas problemlərdən biri hesab edilir.

Bu silahlı dəstələr bir sıra ölkələrin, o cümlədən Qərb dövlətlərinin maddi dəstəyi və silaha arxalanaraq əyalətdə fəaliyyət göstərir və bu əyalətdə gərginliyin daha da artmasına səbəb olur.

Bu silahlı təşkilatlar zaman-zaman "islam cümhuriyyətinə qarşı çıxmaq və kürd xalqının hüquqlarını müdafiə etmək" adı altında silahlı əməliyyatlara əl atır, azərbaycanlı gənclərin qanlarını axıdırlar.

Bu qruplar bir tərəfdən siyasi şou göstərərək əhalini seçkiləri boykot etməyə çağırır, digər tərəfdən Urmu şəhərində yaşayan mühacir kürdləri şəhər və parlament seçkilərində iştirak edən kürd namizədlərə səs verməyə dəvət edir.

Onlar silahlı mücadilə, o cümlədən 1980-ci ildə Sulduz şəhərinə etdikləri hücum və törətdikləri qırğınla əldə edə bilmədiklərinə nəticə seçkilər vasitəsilə nail olmağa çalışırlar.

Biz Azərbaycan xalqının taleyi qarşısında məsuliyyət duyanlar olaraq, bütün problemlərə və narazılıqlara baxmayaraq, xalqımızdan Urmu şəhərində keçiriləcək şəhər şuraları seçkilərində iştirak etməyə və yerli türk namizədlərə səs verməklə mühacir kürdlərin silahlı təşkilatlarının planlarını alt-üst etməyə çağırırıq.

Bütün milli, mədəni, ictimai, iqtisadi fəallardan, yazıçılardan, ziyalılardan və xalqımızın hər bir nümayəndəsindən bu məsələdə aktiv olmağı xahiş edirik".

Güneyli ziyalılar bütün siyasi fəalları “Azərbaycan, yatma dur” koalisiyası ilə birgə vahid namizədlərdən ibarət siyahının hazırlanmasına çağırıb.  Onlar Urmunun siyasi, ictimai və mədəni fəallarından əksəriyyət  tərəfindən razılaşdırılan o siyahıda olan namizədlərə səs verməyi xahiş edib.

"Bizim üçün mərkəzdə oturan islahatçı və mühafizəkar anlayışlarının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan Azərbaycan torpağı və onun milli kimliyidir. Bizim üçün bölgənin inkişafına çalışacaq, milli maraqlara xidmət edəcək bacarıqlı bir türk adayın bələdiyyə məclisinə göndərilməsi prioritet olmalıdır"-deyə, bəyanatda vurğulanır.

E. C

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17