Azərbaycana İrandan gətirilən 41,274 kq heroin dövriyyədən çıxarılıb

2008-06-22 20:50

Azərbaycana İrandan gətirilən 41,274 kq heroin dövriyyədən çıxarılıb Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən birgə tədbirlər nəticəsində, qaçaqmal

Gunaz.tv Quote | Gunaz article

Azərbaycana İrandan gətirilən 41,274 kq heroin dövriyyədən çıxarılıb Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən birgə tədbirlər nəticəsində, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə, buradan isə Avropaya ötürülməsi nəzərdə tutulan 41 kiloqram 274 qram narkotik vasitə olan yüksək keyfiyyətli heroin qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə APA-ya MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Türkiyə vətəndaşları Çengiz Çeftçi, Mehmet Balıqçıoğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. Müəyyən olunub ki, Cengiz Çeftçi idarə etdiyi «VOLVO» markalı yük avtomobilinə rəsmi olaraq Qazaxıstan aparmaq üçün tikinti materialları yükləyib və İran ərazisinə keçib. Cengiz Çeftçi İran ərazisinə keçməzdən əvvəl, nəqliyyat vasitəsinin əsl sahibi Mehmet Balıqçıoğlu ona avtomobildəki gizli saxlanc yerini göstərib və İranın Təbriz şəhərində qəbul edəcəyi narkotikləri orada gizlətməsini tapşırıb. Mehmet Balıqçıoğlu həmin narkotik vasitələri Azərbaycan ərazisinə aparmağı, buradan isə bərə ilə Qazaxıstana keçərək rəsmi yükü boşaltdıqdan sonra narkotikləri telefonla deyəcəyi şəxsə vermək barədə Cengiz Çeftçini təlimatlandırıb. Cengiz Çeftçi Türkiyədən İran ərazisinə keçəndən sonra Təbriz şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə görüşüb onun verdiyi narkotiki təhvil alaraq, avtomobilin gizli saxlanc yerində gizlədib. 2008-ci il iyunun 19-da Cengiz Çeftçi narkotik vasitəni Azərbaycana gətirib. «Astara» gömrük keçid məntəqəsi ərazisində MTN və DGK əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cengiz Çeftçinin idarə etdiyi yük avtomobili saxlanılıb, baxış zamanı avtomobilin gizli saxlanc yerindən ümumi çəkisi 41 kq 274 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı MTN İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb, Çeftçi Cengiz Mehmet oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. apa
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17