SON XƏBƏRLƏR

Azərbaycana narkotik vasitələr cənubdan gəlir

2021.10.20, 07:36
Azərbaycana narkotik vasitələr cənubdan gəlir

Gunaz.tv
Azərbaycana narkotik vasitələr cənubdan gəlir Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələr əsasən ölkənin cənub sərhədlərindən daxil olur. Bu barədə məlumat verən Baş Prokurorluğun idarə prokuroru Azər Hətəmovun sözlərinə görə, son dövrlərdə bununla əlaqədər təhlükəli tendensiya yaranıb. Bu tendensiya ondan ibarətdir ki, artıq son dövrlərdə belə hallar silahlı basqınlarla müşayiət olunur. Bunun nəticəsində ötən il hüquq-mühafizə orqanlarının iki əməkdaşı öldürülüb. Onlardan biri Dövlət Sərhəd Xidmətinin əməkdaşı, digəri isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olub. Bundan başqa, dəfələrlə Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşlarına qarşı silahlı basqınlar olub. Artıq bununla əlaqədar bir neçə işin istintağı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində narkotiklərlə bağlı geniş epizodlu cinayət işinin istintaqı aparılır. Bu cinayət işi ilə əlaqədar olaraq Azərbaycana Əfqanıstan-Türkiyə-İran kanalı ilə narkotik vasitə daşıyan mütəşəkkil qrupun bir sıra üzvləri həbs olunub. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar