Azərbaycana qarşı erməni vəhşilikləri: “Yüz minlərlə soydaşımız amansızlıqla qətlə yetirilib”

2021-04-09 11:27

​​​​​​​Qondarma erməni soyqırımının anım günləri yaxınlaşır. Erməni lobbisi, diaspor təşkilatları yenə müxətlif nağıllar uyduracaq, qondarma rəqəmlər təqdim edəcəklər. 

Gunaz.tv Quote | Gunaz article

Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilib. 

Tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə erməni millətçiləri ondan öz siyasi məqsədləri üçün istifadə edirlər. 

Lakin son vaxtlar üzə çıxan arxiv materialları göstərir ki, ermənilərin qondarma soyqırımla bağlı səsləndirdikləri rəqəmlər saxtadır, reallığı əks etdirmir. Əksinə silahlı erməni quldur dəstələri və onların havadarları türk-müsəlman xaqlarına qarşı böyük soyqırımı, qətliamlar həyata keçiriblər. 

Azərbaycan xalqına qarşı erməni-daşnak vəhşilikləri | Xalq Qəzeti

Bəzi məlumatlara görə, 1905-1918-ci illər ərzində törədilmiş qətliamlarda 700 minə yaxın azərbaycanlı qətlə yetirilib. 

“Azərbaycan və Türkiyə bu məsələdə birgə çalışmalıdır”

Dialoq.info saytının Baş redaktoru, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Mübariz Göyüşlü Günaz.TV-yə bildirib ki, ermənilər saxta soyqırım iddialarını dünyada qəbul etdirmək üçün çox fəal çalışırlar:

“Xaricdəki erməni diasporu bu məsələdə bir yumruq şəklində hərəkət edir. Əslində “soyqırım”ı tanıtdırmaq üçün əldə etdikləri nəticə yalnız onların təşkilatlanmasına bağlı deyil. Böyük dövlətlərin Türkiyəyə təzyiq amili də burada mühüm rol oynayır. 

Mübariz Göyüşlünün tərcümeyi-halı – Dialoq.info

Ermənilərin və onlara havadarlıq edənlərin saxta təbliğatının qarşısını almaq üçün Türkiyə dövləti dəfələrlə təklif edib ki, arxivləri açıb tarixçilərin ixtiyarına vermək, bu məsələyə siyasilərin deyil tarixçilərin qiymət verməsi lazımdır. 

Lakin bu kimlərəsə sərf etmir, ona görə də problem həllini tapmır. Belə bir situasiyada bizlərin – Azərbaycan və Türkiyə olaraq birgə hərəkət etmə çabalarımız çox müsbətdir. Artıq illərdir ki, hər iki ölkənin diaspor təşkilatları ermənilərin türk-müsəlman toplumuna qarşı soyqırımlarını kar və kor olmuş dünyaya çatdırmağa çalışır. 

Bu çalışmalar çox təqdirəlayiqdir. Bəzən ədalətli olan dövlətlər rəsmi şəxslər, qurumlar səviyyəsində, bəzən də hansısa dövlətlərin regionları, şəhərləri, qəsəbələri, bələdiyyələri, dövlət orqanları, təşkilatları, nüfuzlu şəxsləri səviyyəsində ermənilərin törətdikləri sıyqırımlar tanınır, pislənilir. Lakin bu nəticələr əlbəttə ki qaneedici deyil. Bu çalışmaları artırmaq lazımdır”. 

Şəkil:Prisoners of the 31 March Incident.jpg — Vikipediya

M. Göyüşlü hesab edir ki, ermənilərin XX əsrin əvvllərində azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, yüz minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi faktları dünyanın aparıcı dillərinə tərcümə edilən kitablar, filmlər, verlişlər, ən müxtəlif təbliğat materialları vasitəsilə bəşəriyyətə çatdırılmalıdır: “Bu istiqamətdə görülən fəaliyyətləri təqdir edirəm, amma hesab edirəm ki, nə qədər iş görülsə də azdır. Onu daha da artırmalıyıq, kar, kor, lal dünyaya çatdırmaqda aktiv şəkildə davam etməliyik”.

“Ermənilərin söylədiyi rəqəmlər qərəzlidir və realığı əks etdirmir”

AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli bildirib ki, ermənilərin qondarma soyqırımla bağlı irəli sürdüyü tezislər yanlış və qərəzlidir:

Faiq Ələkbərli Turan (@FaiqKb) | Twitter

“Məlum olduğu kimi, ermənilər və onların havadarları ciddi əsaslar və tutarlı faktlar olmamasına baxmayaraq, türklərin Osmanlı dövlətinin dövründə onlara qarşı sözdə erməni soyqırımı etdiyini iddia edir. 

Üstəlik,  Qərbin bəzi dövlətlərinin və onların ideoloqlarının dəstəyi ilə hərəkət edən ermənilər iddia edirlər ki,  guya Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti 1 milyondan çox erməni əhalisini sözdə soyqırıma məruz qoymuşdu. 

Halbuki, biz tarixi mənbələrə müraciət etdikdə,  bunun kökündən uydurma olduğunu, əslində həmin dövrdə daha çox türk-müsəlman əhalinin onlar tərəfindən soyqırıma məruz qaldığını görürük. 

1918-ci il mart soyqırımı - Ən Son Xəbərlər

Hələ,  19-cu əsrin ikinci yarısından başlayaraq Böyük Britaniya,  Fransa, Çar Rusiyası və digər xristian dövlətlərin dəstəyi ilə ermənilər silahlandırılmış və terrorçu təşkilatlar yaratmışlar. 

Havadarlarınln dəstəyi ilə “Hnçak”,  “Daşnaksutyun” kimi terrorçu təşkilatlar yaradan ermənilər  19-cu əsrin sonu,  20-ci əsrin əvvəllərində Osmanlı-Türkiyə və Azərbaycan türklərinə qarşı böyük soyqırımlar həyata keçirmişlər. 

Məsələn,  1905-1906-cı illərdə “Hnçak”,  “Daşnaksutyun” kimi terrorçu təşkilatlar çar Rusiyasının işğalı altında olan Quzey Azərbaycanın bir çox şəhərlərində və kəndlərində,  o cümlədən Şuşa,  İrəvan, Gəncə,  Bakı və digər şəhərlərdə on minlərlə türk-müsəlman əhalini qətlə yetirmişlər. Yalnız “Difai” təşkilatının əks-hücumları nəticəsində bu qətliamların qarşısı alına bilmişdir. 

Həmin illərdə  ermənilər eyni qətliamları Təbriz,  Urmiya və digər Güney Azərbaycan bölgələrində də müəyyən qədər həyata keçiriblər”.

Mart genotsidi - Vikipediya

“Türk müsəlman əhalini uşaq. qadın, yaşlı demədən qətliam edirdilər”

Tarixçi alim deyib ki, ermənilər türklərə qarşı qırğının coğrafiyası böyükdür: 

“Buna qədər və həmin illərdə ermənilər bu kimi çirkin addımları Osmanlı dövlətində də,  o cümlədən Şərqi Anadoluda,  xüsusilə Rusiyanın işğalı altında olan Qarsda və digər bölgələrdə həyata keçiriblər. 

Ancaq ermənilərin türk müsəlman əhaliyə qarşı daha böyük soyqırım faktları Birinci Dünya müharibəsi dövründə baş verib.  Xüsusilə də,  Osmanlı dövlətini arxadan vurmaq üçün Antanta İttifaqına daxil olan Böyük Britaniya,  Çar Rusiyası, Fransa kimi dövlətlər ermənilərdən istifadə etmişlər. 

Osmanlı dövləti də bunun qarşısını almaq üçün,  Anadoludakı o xəyanətkar ermənilər 1915-ci ilin aprelində digər bölgələrə köçürmək məcburiyyətində qalmışdır. 

Çünki həmin dövrdə Şərqi Anadoluda mövcud olan erməni quldurları Qarsda,  Ərdahanda və digər bölgələrdə türk müsəlman əhalini uşaqdan tutmuş qadın, yaşlı demədən qətliam edirdilər. 

Sözün açığı,  türk müsəlman əhaliyə qarşı qətliamlar Osmanlının 1915-ci ilin aprelindən etibarən ermənilərin köçürülməsi prosesindən sonra qismən dayansa da, çox keçmədən yenidən böyük vüsət aldı. 

Xüsusilə də,  Osmanlı ordusunun Sarıqamış hərbi  əməliyyatında çar Rusiyasına məğlub olmasından sonra ermənilər daha da fəallaşdılar. Hətta,  1917-1918-ci illərdə ermənilər türk müsəlman əhaliyə qarşı qırğınların dairəsini genişləndirdilər. 

Belə ki, erməni daşnakları yalnız Şərqi Anadoluda deyil,   Azərbaycanın quzeyində və güneyində də böyük soyqırımlar törətməyə başladılar. Məsələn,  təkcə Güney Azərbaycanda bu illərdə yüz minlərələ türk müsəlman əhalinin erməni- aysori qüvvələri və cilollar tərəfindən qətl edildiyi bildirilir.  

Xüsusilə də,  ermənilər və aysorilərdən təşkil olunmuş xristian ordusu Urmiya,  Salmas və Xoyda on minlərlə dinc əhalini qətlə yetirmişlər”.  

“Əhməd Obalının  təşəbbüsü tədqirəlayiqdir”

Tarixçi alim bildirib ki, 1917-1918-ci illərdə Azərbaycanın quzeyində Türk müsəlman əhaliyə qarşı qırğınları erməni daşnakları və rus bolşevikləri bir yerdə Şamaxı,  Quba,  Bakı, Lənkəran, Naxçıvan,  İrəvan və digər bölgələrdə həyata keçiriblər: 

“Bu baxımdan Günaz.TV-nin rəhbəri Əhməd Obalının  1905-1918-i illərdə 700 mindən çox  türk əhalinin qətlə yetirilməsi ilə bağlı Bakıda və Ankarada soyqırım memorialı yaradılması və bunun rəsmi ziyarət protokoluna salınması təşəbbüsü təqdirəlayiqdir. 

Çünki həmin dövrdə Türkiyə və Azərbaycan türkləri bu qətliamlara ən çox məruz qalan türk xalqlarıdır. 

Ona görə də qondarma,  uydurma erməni soyqırımına  ən tutarlı cavab hər iki dövlətin bununla bağlı ortaq addımlar atmasıdır. 

Hətta, bu təşəbbüsə digər türk müsəlman xalqları da qoşula bilərlər. Çünki erməni daşnaklarının və rus bolşeviklərinin bu amansız əməlləri Orta Asiya Türk xalqlarına, Tatarıstana, Krıma, Başqırdıstana,  Dağıstan türklərinə qədər gedib çıxır”.

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

2021-05-13

gun az article

Livandan İsrailə raketlər atılıb

2021-05-13

gun az article

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub

2021-05-13

gun az article

Çempionlar Liqasının finalı İstanbuldan alındı

2021-05-13

gun az article

SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu

2021-05-13

gun az article

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı başa çatıb - VİDEO

2021-05-13

gun az article

Zərif: “Səudiyyə Ərəbistanı ilə əlaqə qurmağa hazırıq”

2021-05-13

gun az article

ABŞ prezidenti Co Baydendən İsrailə DƏSTƏK

2021-05-13

gun az article

Birinci vitse-prezident “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb-VİDEO

2021-05-13

gun az article

“Sepah”, seçki qabağı terror əməliyyatları üçün nəzərdə tutulmuş özəl silah-sursat ələ keçirdiyini bildirir

2021-05-13

gun az article

Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

2021-05-13

gun az article

Azərbaycan idmanında ilk - Tokio-2020-yə lisenziya qazandı

2021-05-13

gun az article

General-polkovnik Tofiq Ağahüseynov vəfat etdi

2021-05-13

gun az article

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

2021-05-13

gun az article

Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

2021-05-13

gun az article

İranda koronavirusdan daha 297 nəfər vəfat edib: Ölənlərin sayı 76 000 nəfəri keçib– RƏSMİ STATİSTİKA

2021-05-13

gun az article

Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13

gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13