SON XƏBƏRLƏR

Azərbaycanda «Əl Qaidə» və «Əl-Cihad» terror təşkilatları ilə əməkdaşlıqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb

2021.10.20, 07:36
Azərbaycanda «Əl Qaidə» və «Əl-Cihad» terror təşkilatları ilə əməkdaşlıqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb

Gunaz.tv
Azərbaycanda «Əl Qaidə» və «Əl-Cihad» terror təşkilatları ilə əməkdaşlıqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə «Əl Qaidə» və «Əl-Cihad» kimi beynəlxalq terror təşkilatları ilə əməkdaşlıqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin baxışı keçirilib. APA-nın məlumatına görə, qapalı keçirilən prosesdə dövlət ittihamçısı Hüseynxan Məmmədov ittiham aktını elan edəndən sonra təqsirləndirilən şəxslərdən “Əbu Cəfər” ləqəbli Naib Ərdəbil ifadə verərək özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə prosesi iyunun 14-də davam etdiriləcək. Qeyd edək ki, dəstə üzvləri ərəb mənşəli «Əbu Cəfər» ləqəbli Naib Ərdəbil, “Əbdul Malik» və «Hacı» ləqəbləri ilə tanınan Sumqayıt şəhər sakini Elçin Əlimirzəyev, Vidadi Kərimov, Adil Gərayxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov, Daniyal, Abuyev, Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov, Rəfael Rəhimov, Tahir Pirquliyev, Niyazi Xudayarov, Emin Əsgərov MTN-in keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Qrup üzvlərindən Qusar rayon sakini Telman Abdullayev isə saxlanılarkən silahlı müqavimət göstərib, odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Dəstə üzvləri Cinayət Məcəlləsinin 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar