SON XƏBƏRLƏR

Azərbaycanda İran vətəndaşı məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanda İran vətəndaşı məhkum edilib

Gunaz.tv
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə evlərə silahlı basqın etməkdə və quldurluqda təqsirləndirilən İran vətəndaşı İmumi Nasirin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrlik etdiyi prosesdə İ.Nasir Azərbaycan Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 228-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, daşıma, göndərmə) və 304-cü (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə yerindən qaçma) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, İ.Nasir qardaşı Xosrov Əfəndi və digər şəxslərlə birləşərək vətəndaşların evlərinə silahlı basqın ediblər. X.Əfəndi və dəstənin digər üzvləri isə axtarışdadırlar. İraqdakı sülhməramlılarımızın fəaliyyəti yüksək qiymətləndirilib "Azərbaycanın sülhməramlı bölüyünün əsgərləri xidmət etdikləri bölgədə xidmətlərini çox yüksək səviyyədə təşkil edirlər".Bunu CENTKOM - Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti İraqda koalisiya qüvvələrinin tərkibində iştirak edən Azərbaycanın sülhməramlı bölüyünün fəaliyyətini qiymətləndirərkən deyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Makkarti Azərbaycanlı sülhməramlıların xidmətinin oradakı Amerika dəniz piyadalarının xidmətindən üstün olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar