SON XƏBƏRLƏR

Azərbaycanda müdafiə təyinatlı məhsullar istehsal edən yeni müəssisələr yaradılacaq

2021.10.20, 07:36
Azərbaycanda müdafiə təyinatlı məhsullar istehsal edən yeni müəssisələr yaradılacaq

Gunaz.tv
Azərbaycanda müdafiə təyinatlı məhsullar istehsal edən yeni müəssisələr yaradılacaq Bu il Azərbaycanda müdafiə təyinatlı məhsullar istehsal edən bir neçə yeni müəssisənin yaradılması nəzərdə tutulur. Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib. Respublikanın müxtəlif regionlarında yerləşəcək yeni müəssisələr Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq hərbi təyinatlı məhsullarla yanaşı, ordunun həm də qida və geyim təchizatını həyata keçirəcək. Qeyd edək ki, ilin sonuna qədər Tərtər rayonunda yerləşən Elektromexanika Zavodunda (TEMZ) yenidənqurma işlərinin başa çatdırılması və müəssisədə müasir standartlara uğun məhsulların istehsalına başlanılması da planlaşdırılır. Xatırladaq ki, zavod 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə həm texniki, həm də mülki təyinatlı məhsullar istehsal edilir. İyunun 24-də dövlət başçısı Müdafiə Sənayesi Nazirliyinin (MSN) və onun tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması tədbirləri haqqında fərman imzalayıb. Fərmana əsasən, nazirliyin tabeliyində olan müəssisələrin borcları silinib, eyni zamanda ölkəyə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələri gömrük idxal rüsumundan və əlavə dəyər vergisindən azad edilməsi barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda 29 adda silahın, onların ehtiyat hissələrinin və döyüş sursatlarının seriya ilə istehsalına başlanılıb. Bu il Dövlət Müdafiə Sifarişi Proqramında 80 adda müdafiə təyinatlı məmulatın yaradılması, 444 adda məmulatın isə istehsalı nəzərdə tutulur. //APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar