SON XƏBƏRLƏR

Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatıb

2021.10.20, 07:36
Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatıb

Gunaz.tv

GünAz TV: Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası bu gün başa çatıb.

 

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan namizədlərin təşviqatı səsvermənin başlanmasına 24 saat qalmış, yəni bu gün saat 08:00-da dayandırılıb.


Bu gün və sabah - səsvermə günü hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.


Xatırladaq ki, seçkiqabağı təşviqat martın 19-da başlayıb. Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə ediblər.


Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.


Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar