SON XƏBƏRLƏR

Azərbaycanda Qurtuluş gününə hazırlıq gedir

2021.10.20, 07:36
Azərbaycanda Qurtuluş gününə hazırlıq gedir

Gunaz.tv
"Hər il olduğu kimi, bu il də 15 İyun - Azərbaycan xalqının Qurtuluş günü bayram ediləcək. Bu bayramla bağlı müxtəlif tədbirlər nəzərdə tutulub". APA-nın məlumatına görə, bunu Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, Bakı şəhərində, eləcə də rayonlarda, ayrı-ayrı elmi-təhsil müəssisələrində, dövlət strukturlarında Qurtuluş Günü münasibətilə müxtəlif konfranslar, toplantılar, simpoziumlar və digər tədbirlər keçiriləcək. Digər məlumata görə, Milli Parkda 15 İyun - Milli Qurtuluş günü münasibətilə konsert proqramı təşkil olunacaq. Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya konsert proqramının təşkili ilə bağlı tapşırıq aldıqlarını və hazırlıq işlərinə başlandığını bildirib. Milli Parkdakı saat qülləsinin önündə axşam saatlarında başlayacaq konsertdə incəsənət ustaları çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar