Azərbaycanda Silahlı Qüvvələr günüdür-Müzəffər ordumuzun yaranmasından 103 il ötür

2021-06-26 09:22

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Gunaz.tv Quote | Gunaz article

Silahlı Qüvvələrimizin əsası 103 il öncə  Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. 1918-ci ilin mayın 28-də qurulmuş müstəqil Azərbaycan dövləti-Xalq Cümhuriyyəti qısa müddət ərzində qardaş Osmanlı dövlətinin yardımı ilə milli hərbi hissələr yaratmağa başladı. İyunun 26-da Gəncədə ilk milli hissələrin qurulması ilə bağlı qərar verildi.

Brilyantla bəzədilmiş qızıl Georgi silahını alan ilk azərbaycanlı sərkərdə

Avqustun 1-də Hərbi Nazirlik təsis edildi. General Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundu. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək bacarıq göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. AXC süqut etdikdən sonra Bakını işğal etmiş rus bolşevik  hökuməti Milli Ordunu ləğv etdi.
Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. 

Azərbaycan ordusu - Uşaq Bilik Portalı

1920-1991-ci ildə Azərbaycan Sovet İttifaqının tərkibində yaşadı. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər.

Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişməsinə mane olmaq idi. 
1988-ci ildə Dağlıq Qarabağda erməni separatizmi başlandı. Qısa müddətdə bu hərəkat hərbi təcavüzə çevrildi. 

Ermənistanın və Moskvanın dəstəyi ilə silahlanan erməni dəstələri azərbaycanlı kəndlərini atəşə tutur, dinc insanlarımızı qətlə yetirirdi. Artıq milli hərbi hissələrin yaranması zəruri hala gəlmişdi. Belə bir dönəmdə Moskvaya bağlı Azərbaycan rəhbərliyi milli ordunun yaradılmasının əngəlləyirdi. 

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvllərində Bakıda, Qarabağda ilk milli taborlar yaranmağa başladı. Xalq hərəkatının təzyiqləri qarşısında duruş gətirə bilməyən hökumət 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar verdi. 

25 il əvvəl 1992-ci il Oktyabrın 9-da Müstəqil Azərbaycan Respublikası  milli ordumuzun ilk hərbi paradını keçirmişdir foto » Teref.az

Həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanun qəbul olundu. Qısa müddət milli ordu hissələri Qarabağda erməni silahlı quldurlarına və Ermənistan ordusuna qarşı uğurlu əməliyyatlar apardı. Çaykənd, Gülüstan bölgələri və Ağdərə düşmən azad edildi. 

Lakin Bakıda gedən siyasi mübarizə, hakimiyyət uğrunda çəkişmələr orduya da təsirsiz qalmadı. 1992-cildən kəskinləşən siyasi qarşıdurma Qarabağda məğlubiyyətin əsasını qoydu. 1992-ci ilin mayında Şuşa və Laçın, 1993-cü ilin aprelində Kəlbəcər, iyul-noyabr aylarında isə daha 5 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edildi. 1994-cü ilin mayın 12-də imzalanmış Bişkek protokoluna əsasən Qarabağda savaş dayandırıldı. Azərbaycan ordusunun quruculuq mərhələsi başlandı. 

Çaykənd əməliyyatından 28-ci il keçir GancaPost | GəncəPost

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi.
NATO-ya inteqrasiya kursunun seçmiş Silahlı Qüvvələrimiz müasir silahlarla təchiz edildi, savadlı zabit korpusu formalaşdırıldı. 

Azərbaycan ordusu ermənilərə ilk dəfə gücünü 2016-cı ilin aprel günlərində göstərdi. Uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi azad edildi. Bu qələbə Azərbaycan ordusunda və cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Erməni ordusu haqqında mifi dağıtdı, azərbaycanlılarda özünə inamı qüvvətləndirdi. 2020-i ilin iyulunda Ermənistan Tovuz istiqamətində hərbi təxribata əl atdı. 

İlk Şəhid Generalımız Polad Həşimov… - Azadliq Xeber

Məqsəd daha bir rayon işğal etməklə Azərbaycanı diz çökdürmək və sülh müqaviləsinə imza atdırmaq idi. Düşmən xain həmlə ilə general Polad Həşimov başda olmaqla bir neçə hərbçimizi şəhid etdi. Düşmən bu zərbənin Azərbaycan üçün öldürücü olacağını düşünürdü. Lakin əksi oldu. Qəhrəman hərbçilərimizin şəhid olması Azərbaycanda milli oyanışa, hərbi vətənpərvərlik hisslərinin güclənməsinə təkan verdi. 

Düşmən təxribatlarına cavab olaraq sentyabrın 27-də əks-həmlə əməliyyatı başlandı. Qədim türk döyüş ənənəsinə uyğun olaraq “aypara taktikası” ilə hücuma keçən ordumuz Cəbrayıl, Füzuli və Murov istiqamətində uğurlu əməliyyatlar apardı. 

44 günlük savaşda müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut və Suqovuşan qəsəbələrini, Murov istiqamətində əlverişli əraziləri düşməndən azad etdi. Azərbaycan ordusunun seçmə birliklərinin qəhrəman hərbçiləri noyabrın 8-də strateji cəhətdən Qarabağın ən əlverişli bölgələrindən olan Şuşanı düşməndən təmizlədi.

Paytaxt statusun mübarək, Şuşa – nə gözəl yaraşdı!

Noyabrın 10-da məğlub olan Ermənistan rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. İmzalanmış Bəyannaməyə uyğun olaraq düşmən noyabr-dekabr aylarında Ağdam, Kəlbəcər və Laçını tərk etdi. 

30 ildən sonra Azərbaycan xalqı 26 iyun Silahlı Qüvvələr gününü qalib ordunun bayramı kimi qeyd edə bilir. Çünki qəhrəman əsgərlərimizini misilsiz şücaəti syaəsində üçrəngli bayrağımız bu gün mədəniyyət paytaxtı Şuşada dalğalanır. 

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər -  VİDEO

Alnımızdan qara ləkəni təmizləmiş 44 günlük savaş Azərbaycan ordusunun regionda ən güclü silahlı qüvvələr olduğunu təsdiqlədi. Bu qələbəni bizə yaşadan qəhrəman generallarımıza, əsgərlərimizə, qazilərimizə, şəhidlərimizə borculuyuq.

Canını vətən yolunda qurban etmiş minlərlə Azərbaycan övladına əbədi eşq olsun!
Bayramınız mübarək!

Ayxan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17