Azərbaycanda təhsil alan güney azərbaycanlı tələbələr maddi problemlərlə üz-üzədir

2020-09-09 13:01

Güney Azərbaycandan Azərbaycan Respublikasına musiqi və digər sahələrdə təhsil almaq üçün gələn tələbələr maddi problemlərlə üzləşiblər.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə onların özləri Azərbaycanın müxtəlif media orqanlarına verdikləri müsahibədə üzləşdikləri bir çox maddi problemləri sadalayıblar. 

 

İranda iqtisadi vəziyyətin pisləşməsi və ölkə pulunun kəskin dəyərdən düşməsi səbəbindən tələbələr istər illik təhsil haqlarını ödəməkdə, istərsə də Bakıda gündəlik təminatlarını təmin etməkdə çətinlik çəkirlər. Hətta onlar içərisində bu səbəbdən təhsilini yarımçıq qoyub geri qayıdanlar da var. 


Musiqi sahəsində təhsil alan tələbələrdən biri son dövrlər İranda yaşanan ağır iqtisadi vəziyyətin onun təhsil həyatına mənfi təsir göstərdiyini deyib. O, artıq uzun müddətdir təhsil aldığını, lakin hazırda maliyyə problemləri səbəbindən universiteti yarımçıq qoyub geri qayıtmaq məcburiyyəti ilə üz-üzə qaldığını bildirib. 


Tələbə bu cür maddi sıxıntılardan savayı, İranda mədəniyyət sahəsində güney azərbaycanlılara qarşı rejimin ayrı-seçkiliyinə toxunub. O qeyd edib ki, İran rejimi güney azərbaycanlılara öz ana dillərində oxuduqları musiqilərə görə təzyiqlər göstərir, amma fars müğənnilərə öz sənətlərini nümayiş etdirmək üçün imkan yaradır.  


Azərbaycanda musiqi sahəsində təhsil alan digər tələbə də öz növbəsində burada tələbəlik həyatında son dövrlər üzləşdiyi maddi sıxıntılar haqqında geniş məlumat verib. O, həmçinin İran rejiminin qadın ifaçılara qarşı diskriminasiyası və onlara solo ifanı qadağan etməsi kimi addımlarına da toxunub. 


Qeyd etmək lazımdır ki, sentyabrın 5-də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 40-dan çox Azərbaycan dərnəyi Azərbaycan Respublikasına müraciət ünvanlayıb. Onlar yuxarıda sadalanan maddi sıxıntılara görə güney azərbaycanlı tələbələrin təhsil haqqından azad olunmasını istəyirlər. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16

gun az article

Ərk cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqla bağlı beynəlxalq qurumlara müraciət edib

2020-09-16

gun az article

Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb

2020-09-16

gun az article

GünazTV Sep.15.2020-Özümüz: Məhəmmədəli Şah və Məşrutə

2020-09-15

gun az article

GünazTV Sep.15.2020 -GÜNDƏM MASASI: Farsçı təşkilatlar və medianın siyasi çıxar əsasında təbliğatı

2020-09-15

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-15

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 345 nəfər ölüb

2020-09-15