SON XƏBƏRLƏR

Azərbaycandakı millətlərarası və dinlərarası münasibətlər, tolerantlıq mühiti təkcə region üçün deyil, bütün dünyada nümunə ola biləcək səviyyədədir

2021.10.20, 07:36
Azərbaycandakı millətlərarası və dinlərarası münasibətlər, tolerantlıq mühiti təkcə region üçün deyil, bütün dünyada nümunə ola biləcək səviyyədədir

Gunaz.tv
"Azərbaycandakı millətlərarası və dinlərarası münasibətlər, tolerantlıq mühiti təkcə region üçün deyil, bütün dünyada nümunə ola biləcək səviyyədədir" Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri ravvin Abraham Kuper hidayet_orucov_999.jpg Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri ravvin Abraham Kuperi qəbul edib. H.Orucov qonağa ölkədəki dini vəziyyətlə bağlı ətraflı məlumat verərək bildirib ki, yəhudilər uzun əsrlərdir burada yaşayırlar. Azərbaycan keçmiş Sovet İttifaqında yeganə ölkədir ki, burada xalqlararası, millətlərarası ayrıseçkilik halları heç vaxt olmayıb. Azərbaycan dövləti üçün bütün dinlər eynidir, ölkədə iudaizmin tarixi çox qədimdir. Əhalinin 96 faizinin müsəlman olmasına baxmayaraq, bu ərazidə qədimdən xristianlıq və atəşpərəslik mövcud olub. Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Dövləti İslam və qeyri-islam dini dəyərlərin qorunmasına, dini etiqad azadlıqlarının təmin olunmasına kifayət qədər şərait yaradır. Azərbaycanın özünün tarixən dövlət-din münasibətləri formalaşıb. Dünyəvi dövlət sistemi ölkənin özünün nailiyyətidir, bu model xaricdən idxal olunmayıb. Bu, Azərbaycan xalqının məfkurəsinin, dünyagörüşünün, intellektinin bəhrəsidir. Hidayət Orucov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi də narahatlıq doğurur. Ermənistan bu gün də öz məkrli siyasətindən əl çəkmir. Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə dini və milli abidələr məhv edilir, torpaqlar yandırılır, yararsız hala salınır. Təəssüf ki, bu vandilizm aktı sivil dünyanın gözü qarşısında baş verir və dünya birliyi Ermənistana kifayət qədər təsir etmir. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda yaşayan yəhudiləri heç bir məsələ narahat etmir. Azərbaycanın Quba rayonundakı «Qırmızı qəsəbə» yaşayış məskəni İsraildən sonra yəhudilərin kompakt halda yaşadığı ikinci məkandır. Azərbaycan tarixən sivilizasiyaların qovşağı olub, tolerantlığı onun təbiəti və humanizmi ilə bağlıdır. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 32 qeyri-islam dini icmasından 8-nin yəhudi icması olduğunu vurğulayan Dövlət Komitəsinin sədri ölkədə 5 sinaqoqun fəaliyyət göstərdiyini, yəhudilərin dini ibadətlərini və ayinlərini yerinə yetirmələri üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını qonağın diqqətinə çatdırıb. Qonaq səmimi qarşılanmağa və Azərbaycanda dini vəziyytlə bağlı ətraflı məlumata görə təşəkkürlərini bildirib. Qeyd edib ki, Azərbaycandakı millətlərarası və dinlərarası münasibətlər, tolerantlıq mühiti təkcə region üçün deyil, bütün dünyada nümunə ola biləcək səviyyədədir. Azərbaycan həqiqətləri Amerikada daha sürətlə yayılmağa başlayıb və xoş qarşılanır. Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən qonaq xüsusi olaraq vürğulayıb ki, Azərbaycanda tolerantlığın səviyyəsi, əldə edilmiş uğurlar dünya dövlətlərinin Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll olunmasına çalışmaları üçün şərait yaradır. ans_press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar