Azərbaycanın baş konsulunun Ermənistanın işğalçı siyasətinə dair məqaləsi “Los Angeles Times”-da dərc olunub

2020-10-15 11:11

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqda yazdığı məqalə 14 oktyabr 2020-ci il tarixində ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində dərc edilib.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırır. N.Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq, ölkəmizin 20% ərazisini təşkil edən Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edildiyini və 800 min dinc azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını bildirir.


Baş konsul Ermənistanın bu işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, eləcə də 30 ilə yaxındır davam edən və heç bir nəticə verməyən danışıqlara baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının bu qanunsuz işğalını davam etdirdiyini qeyd edir.


N. Ağayev 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf aldığını və nəticədə indiyədək 3 uşaq da daxil olmaqla 41 dinc sakinin həlak olduğunu və Azərbaycanın buna cavab olaraq özünü müdafiə etdiyini vurğulayır.


Münaqişənin həlli haqqında danışan baş konsul sülhün əldə olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtmalı olduğunu qeyd edir. Bundan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birlikdə sülh və əmin-amanlıq içərisində yaşayacaqlarını bildirir. N.Ağayev bu münaqişənin nə etnik, nə də dini münaqişə olmadığını, uzun əsrlər boyu azərbaycanlılar və ermənilərin Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində sülh içərisində birgə yaşadıqlarını qeyd edir.


Sonda baş konsul vurğulayır ki, ABŞ və digər böyük dövlətlər beynəlxalq hüququn aliliyini təmin edərək, iki ölkə arasında sülhün bərqərar olması üçün Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarının çıxarılması ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər. 


Baş Konsulluqdan o da bildirilib ki, Qarabağ həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məqsədyönlü fəaliyyətini davam etdirir. Bu səpkidə sentyabrın 27-dən bəri baş konsul N.Ağayev ABŞ-ın müxtəlif qəzetlərinə və bir sıra nüfuzlu televiziya kanallarına, o cümlədən ABC, CBS, NBC, FOX, KTLA, TELEMUNDO, CURRENT TIME kanallarına və NPR/KCRW radiosuna 20-dən çox müsahibə verərək, Ermənistanın işğalçılıq siyasətini ifşa edib. Baş konsulun fikirlərinin işıqlandırılmasından qəzəblənən yerli erməni lobbisi sözügedən mətbu orqanlarına təzyiqlər göstərib, hətta buna görə Los Angeles Times qəzetinin binası və CBS telekanalı qarşısında etiraz aksiyaları keçiriblər. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir

2020-10-22

gun az article

Türkiyənin Müdafiə naziri: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir!"

2020-10-22

gun az article

Azərbaycan Prezidenti: “Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək”

2020-10-22

gun az article

Düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikalar- FOTO

2020-10-21

gun az article

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb

2020-10-21

gun az article

Baş Prokurorluq Qarabağda Ermənistan tərəfdən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlayıb

2020-10-21

gun az article

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

2020-10-21

gun az article

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

2020-10-21

gun az article

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

2020-10-21

gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20