SON XƏBƏRLƏR

Azərbaycanın bir sıra ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ danışıqlarının dayandırılmasını tələb edir

2021.10.20, 07:36
Azərbaycanın bir sıra ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ danışıqlarının dayandırılmasını tələb edir

Gunaz.tv
Azərbaycanın bir sıra ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ danışıqlarının dayandırılmasını tələb edir Azərbaycan, Bakı, 20 iyun/ Trend News , müxbir İ.Əlizadə/ Azərbaycanın bir sıra ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının dayandırılmasını tələb edir. «Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin ermənipərəst mövqeyi və beynəlxalq təşkilatların Azərbaycana təzyiqləri danışıqların davam etdirilməsinə imkan vermir», - deyə Qarabağ Azadlıq Təşkilatının (QAT) vasitəçiliyi ilə ictimai-siyasi təşkilatların cümə günü keçirilən toplantısının sonunda qəbul olunan bəyanatda qeyd olunub. Trend News-un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir. Bəyanatda qeyd olunub ki, Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlib. QAT sədri Akif Nağı hesab edir ki, danışıqların nə qədər davam edəcəyi açıqlanmalıdır və həmin müddət başa çatandan sonra Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyə başlamalıdır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar