SON XƏBƏRLƏR

Azərbaycanın birinci xanımı İKT-nin Xoşməramlı səfiri adını və diplomunu alıb

2021.10.20, 07:36
Azərbaycanın birinci xanımı İKT-nin Xoşməramlı səfiri adını və diplomunu alıb

Gunaz.tv
Azərbaycanın birinci xanımı İKT-nin Xoşməramlı səfiri adını və diplomunu alıb _mehriban_aliyeva_1.jpg Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva çərşənbə günü “İslam Konfransı Təşkilatının Xoşməramlı Səfiri” adını və diplomunu alıb. Mükafatı birinci xanıma İKT-nin Baş katibi İkmaləddin İhsanoğlu təqdim edib. “Biz İKT çərçivəsində istənilən əməkdaşlığa hazırıq və 2010-cu ildə yenidən Bakıda görüşməyə ümid edirik”, - Mehriban Əliyeva mükafatın təqdim edilməsindən sonra bildirib. Mehriban Əliyeva, həmçinin, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiridir. “İslam Konfransı” Təşkilatı islam ölkələrinin beynəlxalq təşkilatıdır. Vikipediya İnternet-ensklopediyasına əsasən, İKT sosial, iqtisadi və siyasi sferalarda, müstəmləkəçilik, yeni müstəmləkəçilik və rasizmə qarşı mübarizədə islam həmrəyliyinin təmin edilməsi və Fələstinin Azadlıq Təşkilatının dəstəklənməsi məqsədilə, müsəlman dövlət başçılarının 1969-cu ildə Rabatda keçirilən Konfransında təsis edilib. Bosniya və Hersoqovina, Mərkəzi Afrika Respublikası, Rusiya Federsiyası, həmçinin, Filippinin Milli-Azadlıq Cəbhəsi Moro və bir sıra təşkilatlar (BMT, Qoşulmamaq hərəkatı və s.) müşahidəçi statusuna malikdirlər. İslam Konfransı Təşkilatı ən iri və daha çox təsir ə malik rəsmi beynəlxalq müsəlman hökumət təşkilatıdır. Hazırda əhalisi təqribən 1,2 mlrd. olan 55 ölkəni birləşdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar