SON XƏBƏRLƏR

Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı

2021.10.20, 07:36
Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı

Gunaz.tv
"Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı" gund.jpg ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva haqqında məqalə dərc olunub ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında məqalə dərc olunub. APA-nın ABŞ bürosunun məlumatına görə, Tulin Daloğlunun müəllifi olduğu məqalə "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı" adlanır. Məqalədə ötən həftə Bakıda baş tutmuş və qadınların mədəniyyətlərarası dialoqun dərinləşməsində artan roluna həsr olunmuş beynəlxalq konfransdan söz açılır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı UNİCEF-in uzunmüddətli xoşməramlı səfiri olmuş, məşhur Hollivud ulduzu Audrey Hepburnla müqayisə edən müəllif onun Azərbaycan qadınları üçün nümunə olduğunu yazıb. Məqalədə bildirilir ki, konfrans iştirakçıları qarşısında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çıxış edən Mehriban Əliyeva Şərq dünyasında ilk seçmək hüququnun məhz Azərbaycan qadınına verildiyini bir neçə dəfə vurğulayıb. Müəllif qeyd edib ki, məhz 1918-ci ildə Azərbaycan qadınlarına verilən hüquqların müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə də təsiri olub. T.Daloğlu daha sonra dünyəvilik prinsiplərinin Türkiyənin qərbində, onun vətəni Tunisdə bərqərar olduğunu qeyd edib. Azərbaycanla Tunisdə qadınlara eyni azadlıqların verildiyini qeyd edən müəllif İranla Səudiyyə Ərəbistanında xanımların hələ də başı örtülü gəzməsinin məcburi olduğunu xatırladıb. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar