SON XƏBƏRLƏR

Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyasının bəzi aspektləri

2021.10.20, 07:36
Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyasının bəzi aspektləri

Gunaz.tv
Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyasının bəzi aspektləri Bu gün dünyanın qarşılıqlı asılılıq vəziyyətində olması şübhəsizdir. Müasir beynəlxalq hüquqi sənədlər � beynəlxalq həyat məcəlləsini təşkil edən müqavilələr, konvensiyalar, öhdəliklər və razılaşmalar ümumbəşəri dəyərlərin təminatı ilə yanaşı, hər bir xalqın öz inkişaf yolu ilə iqtisadi, siyasi və hərbi təhlükəsizliyinin, fərdi xüsusiyyətlərinə hörmətin təmin edilməsini qəbul edir. Yaponiyanın �Nikkey� adlı qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: �Biz elə bir cəmiyyət qururuq ki, orada qanunun aliliyi, şəffaflığın yüksək səviyyədə olması, beynəlxalq hüquq normalarına uyğunluq təmin olunacaq. Hər bir insan sülh və əmin-amanlıq şəraitində yaşayacaq, bütün azadlıq və hüquqlardan istifadə edəcək. Siyasi islahat məsələlərində biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu əməkdaşlıq olduqca konstruktivdir� (21 iyun 2007-ci il). Prezidentin sözlərinə görə, ��müstəqillik əldə ediləndən sonrakı 15 il ərzində Azərbaycan demokratik inkişaf sahəsində böyük uğurlar əldə edib � totalitar sistemdən açıq sistemə keçid başa çatıb, ölkədə bütün siyasi azadlıqlar, institutlar, partiyalar mövcuddur, beynəlxalq öhdəliklər qəbul edilib. Azərbaycanda demokratik proseslərin səviyyəsi çox yüksəkdir�. Cəmiyyətin demokratikləşməsi dövlətin beynəlxalq hüquq məkanına inteqrasiyasının vacib şərti və eyni zamanda onun nəticəsidir. Təhlükəsiz sülhün yaradılmasına yönəldilmiş xarici siyasətin qurulması da mühüm amillərdəndir. Bu gün Azərbaycan Respublikasının da aid olduğu demokratik dövlətlər daxili qanunvericiliklərini beynəlxalq hüquqa uyğun şəkildə qururlar; beynəlxalq hüququn ümumqəbul olunmuş prinsip və normaları onların hüquq sistemlərinin tərkib hissəsidir. Beynəlxalq hüquq subyekti olaraq Azərbaycan dünya ictimaiyyəti ilə münasibətləri qarşılıqlı hörmət, etimad və əməkdaşlıq əsasında qurur, bərabərhüquqlu tərəfdaşlığı təmin edir, uğurlu hüquqi fəaliyyətini həyata keçirir. Suveren dövlət olan Azərbaycan Respublikası ilk dəfə olaraq öz Əsas Qanununda � 1995-ci il 12 noyabr tarixli Konstitusiyasında beynəlxalq-hüquqi fəaliyyətin əsasını qoyub. Əsas Qanunda təsbit edilmiş müddəalar ictimai həyatda, hakim və siyasi strukturlarda, demokratik institutlarda beynəlxalq hüquq tələblərinə cavab verən və ölkədə ədliyyə sisteminin keyfiyyət cəhətdən yaxşılaşdırılmasına və onun dünyanın hüquq məkanına inteqrasiyasına səbəb olan islahatların keçirilməsinə böyük əhəmiyyət verir. Gənc, müstəqil respublikada insanın hüquq və azadlıqlarının təmin edilməsində, hüquq müstəvisində ictimai münasibətlər sisteminin tənzimlənməsində əhəmiyyətli rol oynayan məhkəmə hakimiyyətində mürəkkəb dəyişikliklər həyata keçirilir. Müntəzəm olaraq həyata keçirilən islahatların başlıca məqsədləri qanunun aliliyinin təmin edilməsi, dövlət idarəçiliyi mexanizminin möhkəmlənməsi, demokratik prinsiplərin və ictimai fəaliyyətin bütün sferalarında şəffaflığın təmin edilməsidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyası probleminə böyük diqqəti sayəsində ən qısa bir müddət ərzində bu istiqamətdə konkret addımlar atılıb. Məsələn, 1998-ci il dekabr ayının 1-də Prezident tərəfindən qanunvericiliyin qüvvəyə minməsi və onun beynəlxalq hüquq standartlarına uyğun olmasına dair Fərman imzalandı. Yaradılan müstəqil orqan � Konstitusiyaya əsasən hakimiyyətin üç qolu arasında əlaqələndirici mövqe tutan Məhkəmə-hüquq Şurası öz fəaliyyətində beynəlxalq təcrübə və hüquqi-normativ zəmanətlərdən istifadə edərək, 2000-ci ildən etibarən peşəkar məhkəmə korpusunun formalaşdırılması üzrə bütün lazımi tədbirləri həyata keçirib. Dövlət və ictimai fəaliyyətdə beynəlxalq hüquq normalarının reallaşdırılmasına dair kompleks tədbirlər sırasında Prezidentin �Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında� 1998-ci il 18 iyul tarixli Fərmanı və son 10 ildə qəbul edilmiş �Vəkillər və vəkillik fəaliyyəti haqqında�, �Prokurorluq haqqında�, �Polislər haqqında� və s. qanunlar böyük əhəmiyyət kəsb edib. Azərbaycan Respublikası Prezidentinin �İnsan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi haqqında� 1998-ci il 22 fevral tarixli Fərmanı bu sahədə dövlət və ictimai institutların fəaliyyətinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması vəzifəsini müəyyən edib. Qarşıya qoyulmuş vəzifələrin effektiv surətdə reallaşdırılması məqsədi ilə dövlət başçısı 1998-ci il iyun ayının 18-də Azərbaycanın beynəlxalq sazişlərə qoşulması, hüquqi aktların beynəlxalq standartlara uyğunlaşdırılması, hüquq mexanizmlərinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, inteqrasiya-hüquq proseslərində ixtisaslaşan və öz fəaliyyətini həyata keçirən beynəlxalq strukturlarla əməkdaşlığın gücləndirilməsi, beynəlxalq institut və mərkəzlərdə tədqiqat və maarifləndirici proqramlar üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutan �İnsan haqlarının müdafiəsinə dair Dövlət Proqramı�nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Hal-hazırda Proqramda nəzərdə tutulan tədbirlər uğurla reallaşdırılır � Azərbaycan Respublikası ən müxtəlif sahələrdə 250-dən çox beynəlxalq sazişlərə qoşulub. Ümummilli lider Heydər Əliyev tərəfindən beynəlxalq nümunədə hüquqi fundamentin qoyulması ölkə həyatının bütün sferalarında geniş miqyaslı islahatların həyata keçirilməsi üçün çevik və işlək mexanizmlərin yaradılmasını təmin edib. Hüquq və ədalətə əsaslanan vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədi ilə bu gün beynəlxalq hüququn hər bir subyekti üçün mümkün olan yeganə hərəkət tərzi kimi beynəlxalq qanuniliyə hörmət prosesləri geniş surətdə tətbiq olunmağa başlayıb. Hüquq-mühafizə orqanlarında, o cümlədən ədliyyə və məhkəmə sistemində aparılan islahatlar Azərbaycanın dünya hüquq məkanına inteqrasiya etməsi üçün geniş imkanlar açıb. 2001-ci ilin yanvar ayında respublika nüfuzlu beynəlxalq təşkilat olan Avropa Birliyinin bərabərhüquqlu üzvü oldu. Həmişəlik olaraq xarici siyasətin prioriteti kimi beynəlxalq hüquq normalarına tərəfdarlığı seçən Azərbaycan müntəzəm surətdə milli qanunvericiliyi təkmilləşdirərək, onu müasir hüquqi öhdəliklərin və iştirakçısı olduğu müqavilələrin tələblərinə uyğunlaşdırır. Azərbaycan Respublikasının milli hüququ � daxilində beynəlxalq sistemin digər subyektləri ilə müxtəlif münasibətlərin həyata keçirildiyi bir sistem kimi təşkil olunur. Respublika daxilində beynəlxalq münasibətlərin vəziyyəti və beynəlxalq hüquq fəaliyyətinin effektivliyi dövlət fəaliyyətindən asılıdır, çünki yalnız hüquqi dövlət beynəlxalq-hüquqi normalar çərçivəsində fəaliyyət göstərərək, sülh və əmin-amanlığı təmin etmək, təcavüzkarlıq aktlarının qarşısını almaq, eləcə də beynəlxalq hüququn bütün subyektləri tərəfindən öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə şərait yaratmaq üçün real qüvvə və imkanlara malik olur. Müxtəlif mübahisəli məsələlərin, o cümlədən ərazi problemlərinin sülh yolu ilə həllini nəzərdə tutan beynəlxalq hüquqa fəal tərəfdarlıq göstərən, eləcə də Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli üçün kifayət qədər iqtisadi və güc imkanlarına malik olan Azərbaycan, bununla belə, danışıq proseslərinə, ikitərəfləri münasibətlərin tənzimçisi kimi hüquqi normaların istifadəsinə üstünlük verir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən BMT-nin üzv-dövləti olan Azərbaycanın ərazi bütövlüyünün pozulması göz qabağındadır. Baxmayaraq ki, bu gün Azərbaycan təcavüzkar dövlət olan Ermənistanın iqtisadi vəziyyətini bir neçə dəfə üstələyən, iqtisadi cəhətdən güclü bir dövlətdir, dövlət siyasətinin əsasında belə bir fikir durur ki, münaqişənin sülh yolu ilə həllinə yalnız beynəlxalq təşkilatların fəal iştirakı ilə, beynəlxalq hüquq əsasında nail olmaq mümkündür. Məsələnin bu cür qoyuluşu qarşılıqlı qəbul olunan qərarların çıxarılması üçün daha əlverişli şərait yaratmağa kömək edəcək. Bununla da Azərbaycan onun müqəddəratını təyin edən beynəlxalq hüququn əsas funksiyasını � bəşəriyyətin regional təhlükəsizliyinin təminatı və müharibə təhlükəsinin aradan qaldırılmasını təmin edir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindəki növbəti buraxılışa həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Silahlı Qüvvələrinin onların qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hazır olduqlarını bəyan edərək bildirib: �Dövlətimizin mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Bu siyasət dünya ictimaiyyətinin hərbi dəstəyini qəbul edir. Azərbaycan dünyada böyük hörmət sahibidir, ona olan münasibət müsbətdir�. Dünya ictimaiyyətinə inteqrasiya edən Azərbaycan Respublikası prioritetlər kimi beynəlxalq hüquq normalarını, beynəlxalq qarşılıqlı münasibətləri tənzimləyən saziş, müqavilə və konvensiyaların müddəalarını qəbul edərək, demokratik, hüquqi dövlətin təşəkkülü yolunda müntəzəm və məqsədyönlü şəkildə inkişaf edir. Kələntərli Nigar, BDU-nun beynəlxalq hüquq Fakultəsinin III kurs tələbəsi http://transparentelections.org

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar