SON XƏBƏRLƏR

Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır - Almaniyalı diplomat

2021.10.20, 07:36
Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır - Almaniyalı diplomat

Gunaz.tv

GünAz TV: Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir. Bu ölkənin ərazi bütövlüyü təmin olunmalıdır. 

 

Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmiş almaniyalı diplomat Volf-Ruthart Born AZƏRTAC-a açıqlamasında BMT-nin işğal faktını təsdiq edən və həmin ərazilərin geri qaytarılmasını tələb edən qətnamələrinin qeyd-şərtsiz icrasının vacibliyini bildirib. Almaniyalı diplomat münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsini arzuladığını söyləyib.

 

Volf-Ruthart Born Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar öz yurdlarından didərgin düşmüş insanların səs verdikləri məntəqələrdə də müşahidə apardığını, onlarla söhbət etmək imkanı əldə etdiyini vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar