Azərbaycanın ermənilər tərəfindən işğal edilən Şuşa şəhərində 2000 palıd ağacı məhv edilib

2008-05-07 19:35

Azərbaycanın ermənilər tərəfindən işğal edilən Şuşa şəhərində 2000 palıd ağacı məhv edilib Azərbaycan, Bakı, 08 may/ «Trend News» , müxbir E.Hüseynli/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəyan edib ki, Azərbaycanın ermənilər tərəfi

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanın ermənilər tərəfindən işğal edilən Şuşa şəhərində 2000 palıd ağacı məhv edilib Azərbaycan, Bakı, 08 may/ «Trend News» , müxbir E.Hüseynli/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəyan edib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Şuşa şəhərində “Haça yal” adlanan sahədə uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı doğranaraq aparılıb. Bu barədə cümə axşamı “Trend News”a nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova məlumat verib. Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğalından 16 il keçir. Ərazisinin 20%-ni meşələr təşkil edən şəhərin ümumi sahəsi 29 356 hektardır. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılmışdır. Ən iri mineral su bulaqları Turşsu və Şirlandır. Şuşada təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min m3/ gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətinə görə 60 min m3/gün və 25 min m3/gün olan Şirlan və Turşsu mineral su yataqları vardır. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 ha ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib. İbrahimova deyib ki, nazirliyin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə Şuşanın müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərinə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktlar aşkarlayıb. Aşkar olunan fakta görə, Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub. Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb. Həmçinin Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/* */
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19