Azərbaycanın gəlirləri İranın başqa yerlərinə sərf edilir

2020-09-04 11:07

Şərqi Azərbaycan əyalətində əldə edilən gəlirlər dövlət xəzinəsinə köçürüldükdən sonra əyalətə geri qaytarılmır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycan əyalətinin valisi Məhəmməd Rza Purməhəmmədi mətbuata açıqlamasında məlumat verib.

Müxtəlif qurumların əldə etdiyi gəlirlər dövlət büdcəsinə köçürüldükdən sonra əyalətə ayrılan büdcənin artırılması şəkilində və ya həmin qurumun hesabına köçürülərək əyalətə qayıtmalıdır deyən vali bildirib ki, bu vəsait ya geri qaytarılmır və ya çox az faizi geri ödənir.

 

 

Purməhəmmədi həmin qanunsuz davranışın Azərbaycan mədənlərindən əldə edilən gəlirlər barəsində də tətbiq edildiyini təsdiqləyib.

 

 

“Süngün mis mədəninin illik 12 min milyard tümən gəlirindən təkcə 5 faizi Azərbaycana qaytarılsaydı bu gün meşələr və ətraf mühitlə bağlı üzləşdiyimiz problemlərin bir çoxu həll olardı,” deyə vali qeyd edib.

 

 

O həmçinin bildirib ki, ötən il Şərqi Azərbaycan əyalətində vergi cərimələrindən əldə edilən 50 milyard tümən dövlət xəzinəsinə köçürüldüyü halda bu məbləğin sadəcə 5 milyard tüməni əyalətə geri qaytarılıb.

 

 

Qeyd edək ki, yerli məsullar daha öncə də Azərbaycanın yeraltı sərvətləri, o cümlədən Süngün mis mədənindən əldə edilən gəlirdən bölgəyə hissə ayrılmadığını tənqid ediblər.

Ötən ay Vərziğan vilayətinin məclisdəki millət vəkili Allahverdi Dehqani mədənin 13 min milyard tümənlik gəlirindən Azərbaycana ayrılan payın “heçə bərabər” olduğunu demişdi.

Dehqani Süngün mədəninin hasilatının xammal kimi İranın digər bölgələrinə göndərilməsini tənqid edərək mis ehtiyatı baxımından zəngin olan Azərbaycanda mis sənayesinin yaradılmasının zəruri olduğunu vurğulamışdı.

 

 

Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19