SON XƏBƏRLƏR

Azərbaycanın hakim partiyası «erməni soyqırımı» ilə bağlı birgə komissiya yaradılmasını təklif edib

2021.10.20, 07:36
Azərbaycanın hakim partiyası «erməni soyqırımı» ilə bağlı birgə komissiya yaradılmasını təklif edib

Gunaz.tv
Azərbaycanın hakim partiyası «erməni soyqırımı» ilə bağlı birgə komissiya yaradılmasını təklif edib Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, Azərbaycanla Türkiyə arasında tarixi faktların araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasına ehtiyac var. «Biz hesab edirik ki, komissiyanın fəaliyyətə başlamasına ehtiyac var. Ermənilərin qondarma erməni soyqırımı ilə bağlı iddialarının araşdırılması baxımından belə bir komissiya yaradıla bilər», - deyə YAP-ın sədr müavini və icraçı katibi Əli Əhmədov çərşənbə günü jurnalistlərə bildirib. Trend News-un arayışı: Ermənistan qondarma erməni soyqırımı ilə bağlı dünya ölkələrində təbliğatını gücləndirib və bəzi dövlətlərin parlamentləri «erməni soyqırımı»nı tanıyıb. Erməni tarixçiləri 1915-ci ildə ermənilərin Türkiyə ordusu tərəfindən soyqırıma məruz qaldığını iddia edirlər. Əhmədov vurğulayıb ki, ermənilər zaman-zaman türklər və azərbaycanlılara qarşı soyqırım hərəkətlərinə yol veriblər. Azərbaycanın müxtləif bölgələrində 1918-ci ildə törədilən soyqırımları buna misal göstərmək olar. Bu yaxınlarda Azərbaycanın Quba rayonunda aşkar olunan kütləvi məzarlıq da ermənilər tərəfindən törədilən vəhşiliklərin əyani sübutudur. «Bunların hamısının araşdırılması və tarixi həqiqətin ortaya qoyulması Türkiyə və Azərbaycanın, eləcə də bir sıra başqa ölkələrin ekspertləri ilə birgə həyata keçirilə bilər», - deyən Əhmədov vurğulayıb ki, əgər Türkiyə tərəfi belə bir komissiyanın yaradılması istiqamətində əməli addımlar atsa, Azərbaycan bu komissiyaya qoşulmağa hazırdır. YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar