SON XƏBƏRLƏR

Azərbaycanın hakim partiyası Helsinki komissiyasındakı dinləmələrdə səslənən fikirləri qeyri-obyektiv hesab edir

2021.10.20, 07:36
Azərbaycanın hakim partiyası Helsinki komissiyasındakı dinləmələrdə səslənən fikirləri qeyri-obyektiv hesab edir

Gunaz.tv
Azərbaycanın hakim partiyası Helsinki komissiyasındakı dinləmələrdə səslənən fikirləri qeyri-obyektiv hesab edir _mubariz_gurbanli_180407-big.jpg Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, ABŞ Konqresinin Helsinki komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrdə səslənən fikirlər həqiqətdən uzaqdır. «Biz hesab edirik ki, Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı söylənilən fikirlər həqiqəti özündə əks etdirmir», çərşənbə günü Trend News-a YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Trend News-un arayışı: Çərşənbə axşamı Vaşinqtonda Helsinki komissiyasında Azərbaycandakı demokratik vəziyyətə dair dinləmələr keçirilib. Dinləmələrdə səsləndirilən fikirlərdə Azərbaycanda demokratiya sahəsində vəziyyətin pisləşdiyi iddia olunub. Eyni zamanda, Azərbaycanda siyasi məhbusların olması iddia olunub və mətbuat azadlığı sahəsindəki durumdan narahatlıq bildirilib. Qurbanlının sözlərinə görə, dinləmələrdə səslənən fikirlər ABŞ Konqresinin mövqeyi kimi qələmə verilə bilməz. «Dinləmələrdə səslənən fikirlər Konqresin iradəsini və fikrini ifadə etmir. Bu fikirlər sadəcə dinləmələrdə çıxış edən ayrı-ayrı ictimai qurumların nümayəndələrinin, Fredom Hause kimi təşkilatların təmsilçilərinin fikirləridir», - deyən Qurbanlı hesab edir ki, bəzi qüvvələr Azərbaycanın inkişafından narahatlıq keçirir. Həmin qüvvələr bəzi ictimai təşkilatların vasitəsilə Azərbaycanla bağlı həqiqətəuyğun olmayan rəy formalaşdırmaq istəyirlər. «Dinləmələr zamanı ümiləşdirilmiş şəkildə söylənilən məsələlər tövsiyə xarakteri daşıyır. Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı söylənilən fikirlər həqiqəti özündə əks etdirmir. Azərbaycanda demokratiya mövcuddur, inkişaf edir və demokratiyanı qoruyan və onu təmin edən dövlət strukturları var. Eyni zamanda, prezident İlham Əliyev Azərbaycanda demokratiyanın təminatçısı kimi geniş şəkildə fəaliyyət göstərir», - deyə YAP funksioneri vurğulayıb. Qurbanlı əlavə edib ki, dinləmələr zamanı Azərbaycan mətbuatının vəziyyəti və ölkədə siyasi məhbusların olması ilə bağlı səslənən fikirlər də doğru deyil: «Azərbaycanda siyasi məhbus yoxdur. Avropa Şurası, ATƏT, BMT tərəfindən qəbul olunmuş sənədlərdə «siyasi məhbus»un tərifi kifayət qədər aydın şəkildə verilməyib. Ona görə də Azərbaycanda siyasi məhbus yoxdur. Siyasi fəaliyyətlə məşğul olub, başqa cinayət törədərək həbs olunmuş şəxs siyasi məhbus sayıla bilməz. Mətbuatın vəziyyətinə gəldikdə isə, Azərbaycanda tənqidi mətbuatın sərhədlərini keçib, təhqirə yol verən mətbuat var. Azərbaycanda mətbuatın azadlığını görmək istəyənlər hər gün köşklərdən işıq üzü görən qəzetləri alıb, monitorinq keçirə bilərlər. Onda görərlər ki, Azərbaycanda mətbuat azadlığının hüdudları heç də Avropadakı hüdudlardan geri qalmır». YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar