SON XƏBƏRLƏR

Azərbaycanın hərbi təhsil sistemi NATO standartlarına uyğunlaşdırılıb

2021.10.20, 07:36
Azərbaycanın hərbi təhsil sistemi NATO standartlarına uyğunlaşdırılıb

Gunaz.tv
"Azərbaycanın hərbi təhsil sistemi NATO standartlarına uyğunlaşdırılıb" kamilxasi.jpg Kamil Xasıyev: "NATO-ya üzvlüklə bağlı müraciət etmək Azərbaycanın suveren hüququdur, zamanı yetişəndə bu addım atılacaq" Azərbaycanın NATO-dakı nümayəndəci Kamil Xasıyev iyunun 24-də jurnalistlərlə söhbətində bir sıra sualları cavablandırıb. - Azərbaycan- NATO əlaqələrinin hazırki səviyyəsi barədə nə deyə bilərsiniz? Tural Rasimoğlu - Azərbaycan MDB ölkələri arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk dövlətdir, 1994-cü ildə mərhum prezident Heydər Əliyev Alyansla əməkdaşlığı nəzərdə tutan ilk çərçivə sənədini imzalayıb. 1997-ci ildən isə ölkəmiz NATO-nun Planlaşdırma və Analiz Proqramına qoşulub. Hər il Azərbaycan NATO-nun 250-dən artıq tədbirinə qatılır. Hazırda Azərbaycan NATO ilə birgə 50-dən artıq təhlükəsizlik, müdafiə və s. proqramları həyata keçirir. Prezident İlham Əliyev 2004-cü ilin mayında NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik məsələlərini özündə birləşdirən sənədi təqdim edib. Hazırda Dövlət Sərhəd Xidmətinin hərbi strukturdan hüquq-mühafizə sisteminə keçidi istiqamətində tədbirlər görülür. Müdafiə Nazirliyinin sturukturunda islahatlar aparılır. Silahlı Qüvvələrin üzərində mülki nəzarəti gücləndirmək üçün yerli qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanır. Bir sözlə, Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını uğurla yerinə yetirir. Bu əməkdaşlağın nəticələrini isə gələcək göstərəcək. - NATO-ya inteqrasiya istiqamətində görülən işlər qaneedicidirmi? - İldə iki dəfə Şimali Atlantika Alyansı görülən işlərlə bağlı qiymətləndirmə aparır və xüsusi hesabat hazırlanır. Təşkilatda hesab edirlər ki, Azərbaycan öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində çox böyük uğurlar qazanıb. Milli Məclisin xüsusi komissiyası da fəaliyyət göstərir. Bu komissiyada Silahlı Qüvvələrdə baş verənlər mütəmadi nəzərdən keçirilir və bununla bağlı ictimaiyyətə məlumat açıqlanır. - NATO ölkələrinin əksəriyyətində müdafiə naziri mülki şəxsdir. Azərbaycanda bu təyinat nə zaman reallaşacaq? - NATO ilə əməkdaşlıqda Müdafiə Nazirliyinin oynadığı rol çox vacibdir. Müdafiə Nazirliyinin Sİlahlı Qüvvələrimizin NATO-ya inteqrasiya istiqamətində gördüyü işləri Alyans yüksək qiymətləndirir. NATO Azərbaycan qarşısında müdafiə nazirinin mülki şəxs olması öhdəliyini qoymayıb. Azərbaycan suverən dövlətdir və bu məsələni özü müəyyənləşdirəcək. Digər tərəfdən, NATO üzvlərinin heç birinin torpaqları işğal altında deyil. - Dağlıq Qarabağ münaqişəsilə bağlı NATO-nun mövqeyi nədən ibarətdir? - Bu ilin aprelində NATO-nun zirvə toplantısında qurum Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə etdi. Həmin sənəddə vurğulanır ki, regiondakı bütün münaqişələr ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır. NATO münaqişələrin həlliylə məşğul olmasa da, buna öz mövqeyini bildirir. - Azərbaycan NATO-ya üzvlüklə bağlı nə vaxt müraciət edə bilər? - NATO-ya üzvlüklə bağlı müraciət etmək Azərbaycanın suveren hüququdur, zamanı yetişəndə bu addım da atılacaq. Hazırda Azərbaycan NATO-nun Planlaşdırma və Analiz Proqramına qoşulub. Bu sırf hərbi-texniki bir əməkdaşlıq proqramıdır. Proqramın əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın müvafiq strukturları NATO standartlarına uyğunlaşdırılsın. Yəni Azərbaycan Silahlı Qüvvələri NATO komandanlığı altında sülhyaratma əməliyyatlarında iştirak edəndə hərbi uyğunluq olsun. Azərbaycana Avroatlantik məkanın təhlükəsizliyinə öz töhfəsini verməlidir və bu işi yerinə yetirir. Artıq Azərbaycanın hərbi təhsil sistemi də NATO standartlarına uyğunlaşdırılıb. - Hərbçilərimizin sosial vəziyyəti NATO standartlarına uyğundur? - Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələyə xüsusi önəm verir. Hərbçilərin əmək haqqı artırılır, zabitlər üçün mənzillər tikilir. Bu kimi problemlərin aradan qaldırılması istiqamətində iş aparılır. Mən bu haqda heç vaxt NATO ölkələrinin nümayəndələrilə müzakirələr aparmamışam. Yəni misal çəkə də bilmərəm ki, Fransa zabiti nə qədər maaş alır. Azərbaycan hərbçisinin NATO-ya üzv digər ölkələrin hərbçiləri arasında əmək haqqının qiymətləndirməsini aparmamışıq. Amma çalışırıq ki, bu məsələdə də uyğunluq olsun. Bu gün təqdirəlayiq haldır ki, ölkədə Silahlı Qüvvələrə mülki nəzarət güclüdür. - Azərbaycanın hansı qoşun növləri NATO standartlarına uyğunlaşdırırılıb? - Bu uyğunlaşdırma prosesi davam edir və lazımi islahatlar da aparılır. Xüsusilə qeyd etmək istərdim ki, bizdə hərbi təhsil sistemi çox yüksək sürətlə inkişaf edir və demək olar ki, NATO standartlarına uyğun qurulur. Yəni təbii olaraq Müdafiə Nazirliyində və hərbi hissələrdə lazımi işlər görülür. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar