Azərbaycanın idarəçiliyi kürdlərə tapşırılmayacaq – Urmiyənin millət vəkili

24.02.2018, 09:31

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur terror qruplaşmalarının yanlısı olan kürd cərəyanlarının iddialarına qarşı Azərbaycanda idarəçiliyin etnik azlıqlara buraxılmayacağını bildirib.

 

O bu barədə şəxsi Teleqram kanalında məlumat yayıb.

 

“Əyalətdə idarəçilik heç vaxt etnik azlıqlara tapşırılmayıb. Bu etniklərin bəzilərinin mövqeyi bizə aydındır”- deyə o qeyd edib.

 

Nadir Qazipur Qərbi Azərbaycan Əyalətinin 4 kürd millət vəkilinin həddini aşan tələblərinə işarə etmək istəyib.

 

Ötən həftə 4 kürd millət vəkili İranın Daxili İşlər Nazirliyinə məktub ünvanlayaraq əyalətin idarəçiliyində kürdlərdən daha çox istifadə olunmasını tələb etmişdirlər. Bu kimi cəhdlər İran rejimi tərəfindən Qərbi Azərbaycana Məhəmməd Mehdi Şəhriyari adlı kürd kökənli vali gətirildikdən sonra daha da artıb.

 

N.Qazipur sözlərinin davamında yazıb:

“Qərbi Azərbaycanda bir sıra etniklərin məskunlaşması və onların sayının artması, əyalətin idarəçiliyini onların ixtiyarına vermək mənasına gəlmir, bu belə də olacaq. Burada söhbət hansısa qərəzdən getmir. Məsələn Tehran əhalisinin ən azı 40 faizi türkdür. Lakin bəzi millət vəkilləri kimi, kimsə ona sahib çıxmır, onun idarəçiliyini ələ keçirməyə çalışmır.

Bir müddət əvvəl bizim əyalətimiz dağılmış Demokrat və Komelə qruplaşmalarının terror fəaliyyəti nəticəsində təhlükəsizliyini itirmişdir. Bu gün həmin qruplaşmaların üzvləri PKK və “Pjak” qruplaşmalarına üzv olub. Onlar hər zaman bizim qeyrətli gənclərimizi şəhid ediblər. O zamanlar düzgün idarəçilik, həmçinin sərdar Kazimi və sərdar Osanlu kimi insanlar olmasaydı əyalət bu bəladan yaxasını qurtara bilməyəcəkdi. Elə indi də bəziləri Kubani adı altında PKK və “Pjak”a dəstək verir və terrora söykənən hədəflərini təmin etməyə çalışırlar.”

 

N.Qazipur sözlərinin davamında təkidlə qeyd edib ki, “Bəziləri daxili işlər nazirinə Qərbi Azərbaycan Əyalətinin idarəçiliyində 50 faiz kürdlərdən istifadə olunması ilə bağlı sual verir. Bu nifaqın kökü qeyd etdiyim düşüncəyə söykənirsə, o zaman çox təəssüflənmək lazımdır ki, islami sistemdə bəziləri etnik fərqliliyindən bəhrələnmək istəyir.”

 

Bundan öncə Qərbi Azərbaycanın kürd valisi Məhəmməd Mehdi Şəhriyari kürd terror qruplaşmalarının planlarına uyğun bir şəkildə əyalətdə kürddillilərin yaşadığını qeyd edərək idarəçilikdə onlara daha çox yer verilməsini tələb etmişdir.

 

Vali həmçinin Urmiyə Texnologiya Universitetində türk dili və ədəbiyyatının iki dərslik şəkilində tədris olunmasına cavab olaraq kürd dilinin rəsmiləşdirilməsini istəmişdir. Həmin zaman N.Qazipur valinin anti-türk mövqeyinə sərt reaksiya vermişdir: “Azərbaycan əhalisi qonaqlara (mühacir kürdlər) ayağını öz yorğanından artıq uzatmağa, Azərbaycanın mədəniyyət işlərinə müdaxilə etməsinə icazə verməyyəcək”- deyə millət vəkili xəbərdarlıq etmişdir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22