SON XƏBƏRLƏR

AZƏRBAYCANIN NEFT VƏ QAZI İSRAİL, HİNDİSTAN VƏ ÇİNƏ İXRAC OLUNACAQ

2021.10.20, 07:36
AZƏRBAYCANIN NEFT VƏ QAZI İSRAİL, HİNDİSTAN VƏ ÇİNƏ İXRAC OLUNACAQ

Gunaz.tv
AZƏRBAYCANIN NEFT VƏ QAZI İSRAİL, HİNDİSTAN VƏ ÇİNƏ İXRAC OLUNACAQ neft.jpg Azərbaycan öz neft və təbii qazını ilk dəfə olaraq Türkiyənin Ceyhan limanından boru xətləri şəbəkəsi ilə İsrail və Hindistan üzərindən Çinə qədər ərazini əhatə etməklə Uzaq Şərq ölkələri bazarına çıxarmaq imkanı əldə edəcək. Türkiyənin enerji naziri Hilmi Gülər və İsrailin milli infrastruktur naziri Benyamin Ben-Eliezer Ankarada Aralıq dənizindən şərqə uzanacaq çoxməqsədli boru xətləri şəbəkəsinin yaradılması layihəsinin iqtisadi səmərəliliyinin öyrənilməsi məqsədi ilə qərar qəbul ediblər. Layihənin reallaşması istiqamətində əməli addımların atılmasını nəzərdə tutan qərara görə, 8 mln. avroya başa gələcək iqtisadi səmərəliliyin öyrənilməsi 10 ay ərzində başa çatdırılacaq. Bundan sonra, tikintisi 3 il sürəcək layihənin həyata keçirilməsinə başlanacaq. Bu marşrutla çəkiləcək beş zolaqlı boru xətləri şəbəkəsinə neft, təbii qaz, elektrik, su və fiber-optik rabitə xətləri daxildir. Azərbaycan da daxil olmaqla, Xəzər regionundan və Rusiyadan Türkiyəyə istiqamətlənən marşrutların davamı kimi qiymətləndirilən bu layihə həm ixracatçı, həm də idxalçı ölkələrə diversifikasiya imkanı yaradacaq. Ekspertlərin fikrincə, bu şəbəkə iştirakçı ölkələrə strateji resurslar sistemlərini əlaqələndirməyə imkan verəcək. Əsasən Samsun-Ceyhan, Bakı-Tiflis-Ceyhan və Rusiya-Türkiyə boru xətlərindən qidalanacaq şəbəkə ilə ildə 40 mln. ton neft daşınması planlaşdırılır. Şəbəkənin son nöqtəsinin Tayvan və Honkonq olacağı nəzərdə tutulur. Türkiyədən bu şəbəkəyə vurulacaq suyun əsas alıcısı isə İsrail olacaq. Görüşdən sonra layihə barədə məlumat verən İsrailin enerji naziri Azərbaycanda və Rusiyada görüşlər keçirdiyini və bu ölkələrin layihəyə böyük maraq göstərdiklərini deyib. Onun sözlərinə görə, Azərbaycan xüsusilə layihənin neft boru xətti seqmentində maraqlıdır və öz resurslarını bu marşrutla şərq bazarına çıxarmaq niyyətindədir. H.Gülərin sözlərinə görə, hazırda neft şərqə Cəbəli-Tariqdən Ümid Burnuna gedən dolayı bir yolla 39-49 günə nəql olunur. Yeni marşrut isə Ceyhan limanından nefti Qırmızı dəniz üzərindən 19 günə daşınmasına imkan verəcək. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar