SON XƏBƏRLƏR

AZƏRBAYCANIN OLİMPİYA KOMANDASI AVQUSTUN 6-da PEKİNƏ YOLA DÜŞÜR

2021.10.20, 07:36
AZƏRBAYCANIN OLİMPİYA KOMANDASI AVQUSTUN 6-da PEKİNƏ YOLA DÜŞÜR

Gunaz.tv
AZƏRBAYCANIN OLİMPİYA KOMANDASI AVQUSTUN 6-da PEKİNƏ YOLA DÜŞÜR teyyare.jpg Azərbaycanın Olimpiya komandası 6 avqust saat 9.00-da “Boinq 757″ təyyarəsi ilə xüsusi reyslə Pekinə yola düşəcək. Bu barədə keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, Pekinə 147 nəfərdən ibarət nümayəndə heyəti gedir. Ümumilikdə Olimpiadada 44 Azərbaycan idmançısı çıxış edəcək, onlar 8 idman növü üzrə yarışacaqlar: bədii gimnastika üzrə 8 nəfər, cüdo üzrə 6, ağır atletika üzrə 5, sərbəst güləş üzrə 7, Yunan-Roma güləşi üzrə 6, qadınlar arasında güləş üzrə 3, boks üzrə 2, üzgüçülük üzrə 2, yüngül atletika üzrə 2, stend atıcılığı üzrə 1, atçılıq idman növü üzrə 1, taekvondo üzrə 1 nəfər. İyulun 18-də nazir Azərbaycan idmançılarının boks, güləş və s. üzrə olimpiya medalı qazana biləcəyini bildirib. Turanın ÇXR-də sonuncu terror aktı ilə əlaqədar idmançıların təhlükəsizliyi ilə bağlı narahatlıq olub olmaması barədə suala cavabında nazir təşkilatçıların Olimpiadaya ciddi hazırlaşdıqlarından və təhlükəsizliyin təmin ediləcəyindən əmin olduğunu bildirib. Rəhimov bildirib ki, Azərbaycan idmançılarının geyimləri Sloveniyada tikilib və 500 min avroya başa gəlib. Geyimlər ağ rəngdədir və qırmızı qalstukdan istifadə edilib. Ümumilikdə Azərbaycan komandasının Olimpiadada iştirakına dövlət büdcəsindən 3 mln. 150 min manat vəsait ayrılıb (Afina Olimpiadasına 745 min manat ayrılmışdı). AZAL aviaşirkətinə avqustun 6, 16 və 25-də üç çarter reysi təşkil etməsi üçün 650 min manat ödənilib. Azərbaycan jokeyi Camal Rəhimov üçün Fransadan 1 mln. 790 min avro dəyərində at alınıb. Rəhimov bildirib ki, Azərbaycan prezidentinin Pekinə beş günlük səfəri nəzərdə tutulub. Avqustun 8-də İlham Əliyev oyunların açılışında, 10-da Azərbaycan Günündə iştirak edəcək, 11-də idman yarışlarını izləyəcək. Əliyev “Çayn Vold” hotelində qalacaq. Ermənistan prezidenti Serj Sarkisyan da eyni hoteldə qalacaq. Rəhimov iki ölkə prezidentlərinin Pekində görüşünün mümkün olub olmaması barədə suala cavab verməyə çətinlik çəkib. Xatırladaq ki, iyulun 29-da olimpiada iştirakçıları ilə görüşdə dövlət başçısı İlham Əliyev bildirib ki, qızıl olimpiya medalı qazananlar 600 min manat mükafat alacaq (200 min manat Azərbaycan MOK-dan və 400 min manat dövlət başçısından). versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar