SON XƏBƏRLƏR

Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollara çatacaq

2021.10.20, 07:36
Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollara çatacaq

Gunaz.tv
Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollara çatacaq siyas.jpg Artım Neft Fonduna mədaxil olunan vəsait hesabına olacaq Azərbaycanın valyuta ehtiyatları 2008-ci ilin sonunadək 2 dəfə artaraq 20 milyard ABŞ dollarına çatacaq. Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, artım Dövlət Neft Fonduna mədaxil olunan vəsait hesabına mümkün olacaq: "Bu da ilk növbədə "Azəri-Çıraq-Günəşli" yataqlarından Azərbaycan hökumətinin payına düşən mənfəət neftinin həcmindən asılıdır". S.Şərifov cari ildən etibarən mənfəət neftinin bölgü əmsalında dəyişilik olmasından da söz açıb. Nazir bildirib ki, pay bölgüsü sazişinin şərtlərinə görə, neft gəlirlərinin 80 faizi Azərbaycana, 20 faizi xarici tərəfdaş neft şirkətlərinin hesabına daxil olacaq. Bu da ölkənin valyuta ehtiyatlarının kəskin şəkildə artması deməkdir. S.Şərifov rəhbərlik etdiyi qurum tərəfindən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin kapitallaşmasına dair yeni tələblər hazırlandığını da bildirib. Prosesin artıq yekun mərhələdə olduğunu vurğulayan S.Şərifov qeyd edib ki, bununla bağlı qərarın hökumət tərəfindən avqust ayında veriləcəyi gözlənilir. S.Şərifov Azərbaycanda sığorta təşkilatlarının minimum nizamnamə kapitalına qarşı tətbiq edilən tələbnamənin 800 min manat, yeni yaradılan şirkətlər üçün isə 1 milyon manat təşkil etməsindən də danışıb: "Hesab edirik ki, bu, aşağı səviyyədir və 2009-cu il yanvarın 1-dən yaradılacaq və indinin özündə fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə kapitalına dair yeni tələblər irəli sürüləcək". Nazir mart ayında qüvvəyə minmiş "Sığorta fəaliyyəti haqqında" yeni qanundan da söz açıb. Onun sözlərinə görə, adıçəkilən qanunla xarici sığorta şirkətləri üçün mövcud olan müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər Azərbaycanda sığorta şirkətinin nizamnamə kapitalında xarici kapital 49 faizdən çox ola bilməzdi: "Yeni qanunla bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, yerli sığorta şirkətlərinin inkişafını təmin etmək üçün digər məhdudiyyət qoymuşuq. Bu məhdudiyyət xarici kapitalın məcmu sığorta sistemi kapitalında xüsusi çəkisinə (49 faiz) tətbiq olunur". HƏQİQƏT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar