Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb

2021-04-08 13:42

​​​​​​​Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur www.change.org saytında Ermənistana qarşı petisiya ilə çıxış edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə petisiyanın əsas təşəbbüsçülərindən olan BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti məlumat verib.

Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən otuz illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.

Sənəddə deyilir:

“Ermənistan bu minaların harada qoyulduğunu bilir, lakin bu məlumatları yaymaqdan imtina edir. Məcburi köçkün ailələrini qorxu içində saxlayaraq öz evlərinə qayıtmasına əngəl olmağa çalışan Ermənistan bu sirrin açarını gizlədir”.

Azərbaycan Xarici İşlər Naziri 22 fevral 2021-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatından Ermənistanı azad edilən ərazilərdə minaların yerlərini bildirməyə çağırılması təklifi ilə çıxış edib. 

Petisiya həmin sənədə istinad edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Azərbaycanın üzləşdiyi mina probleminə yönəltmək üçün çoxsaylı insanların change.org saytında birgə etiraz çağırışıdır.

Qeyd edək ki, dünyaca məşhur change.org saytının yarım milyarda yaxın abunəçisi var. Sayt üzərindən qaldırılmış məsələlər 196 ölkədə 72.807 uğur əldə edib. Azərbaycan vətəndaşları da www.change.org saytına daxil olub, petisiyaya imza ata bilər. 

Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağınız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bu insanların zərərsizləşdirilməsi mümkün olan həmin minalara düşərək həyatlarını itirmək və ağır yaralanmaq qorxusu olmadan yaşamaq hüququ var.

Xatırladaq ki, petisiyaya qoşulan vətəndaş cəmiyyəti qurumları Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov 25 mart 2021-ci il tarixdə erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ döyüş gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

2021-04-15

gun az article

Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

2021-04-15

gun az article

Blinken: Bayden Putini yaxın həftələrdə görüşməyə dəvət edib

2021-04-15

gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14