Güney Azərbaycan alimi "Əhməd Rza Cəlali" ailəsi ilə telefon danışığında edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürüldüyünü elan edib.
Gunaz.tv
Əhməd Rza Cəlali “Evin” həbsxanasında edam cəzasına məhkum edilmiş azərbaycanlı-isveçli həkim 25 noyabr çərşənbə axşamı ailəsi ilə telefon danışığında ölüm hökmünün icra olunması üçün təkadamlıq kameraya köçürüləcəyini söyləyib.
Cənab Cəlalinin həyat yoldaşı “Vida Mehrannia” telefon danışığı barədə mətbuata danışarkən ərinin "bu zəng son söhbətimiz ola bilər" dediyini söyləyib.
Güney azərbaycanlı alim dünən Evin Məhkəməsinin məhkəmə hökmlərini icra şöbəsinə köçürülərək və Evin həbsxanasının karantina bölməsinə yerləşdirilib. Cənab Cəlalinin köçürmə formasında icraatını başa çatdırmaq üçün bir həftəyə qədər karantində saxlanılacağı bildirilir.
Onun dosiyasında edama qədər bir gəftə müddətində həbsxananın karantin bölməsində saxlanılacağı qeyd olunub.
Cəlalinin vəkili Hilalə Musavianİran İnsan Hüquqları Fəalları Dərnəyinin xəbər agentliyi “HERANA”-ya verdiyi müsahibədə müvəkkilinin edam olunma ehtimalından narahat olduğunu və insan haqları təşkilatları və İsveç hökumətinin edamın qarşısını almağa çalışacaqlarına ümid etdiyini bildirib.
Cəlali hazırda Evin Həbsxanasının 209 saylı kamerasında təkadamlıq kamerada saxlanılır.
İsveç Xarici İşlər Naziri And Linde, Məhəmməd Cavad Zəriflə telefon danışığında, Əhməd Rza Cəlalinin edam olunması xəbərindən narahat olduğunu dilə gətirib.
Cəlalinin edam qərarını qınayan “Twit”ində And Linde, İsveçin edamın qarşısını almağa çalışdığını yazıb.
Əhməd Rza Cəlali 2016-cı ilin may ayında ailəsini görmək üçün İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq İsrailin xeyrinə casusluq etmək ittihamı ilə həbs olundu. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum etdi. çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edildi.
Əhməd Rza Cəlali daima ittihamları rədd edərək, ondan alınan etirafların ciddi təzyiq və işgəncə altında alındığını və qanuni sübut kimi göstərilə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, Əhməd Rza Cəlali Brüsseldəki bir universitetdə dərs deyirdi, İtaliyada Pierre Mento Universiteti və İsveç universitetdə araşdırma aparmışdır. Pierre Mento Universitetindəki layihəsi, az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. Kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq idi.
C.E