Azərbaycanlı deputatlar İranın Mədəniyyət Nazirliyinin irqçi qanununa etiraz ediblər

2020-10-15 17:30

Güney Azərbaycan şəhərlərinin bir qrup millət vəkili İranın Mədəniyyət Nazirliyinə tabe olan "Fars Dilinin Qorunması Şurası"nın şirkət, mağaza və kinofilmlərdə qeyri-fars adların istifadə edilməsinin qadağan edilməsi ilə bağlı qəbul etdiyi qərara etiraz ediblər.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Nəqədənin (Sulduz) deputatı Əli Zəncani yaydığı bəyanatda Mədəniyyət naziri Abbas Salehiyə xitabən bildirib ki, "sizin filmlərə fars adı seçilməsi ilə bağlı dedikləriniz təkcə Konstitusiya və İranda yaşayan digər xalqların hüquqları ilə ziddiyyət təşkil etməkdən başqa, ölkədə millətlər arasında gərginlik yaratmağa xidmət edir". 


O, həmçinin nazirdən dediyi sözlərlə bağlı üzr istəməsini və insanları "milli məsələlər kimi digər məcralara yönəltməməsini" tələb edib. 


Urmunun (Urmiya) deputatı Seyyid Salman Zakir isə "Fars Dilinin Qorunması Şurası"nın qanununu "qeyri- professional" adlandıraraq deyib: "Konstitusiyanın 15 və 19-cu maddələrinə əsasən, İranda yaşayan xaqların öz dillərindən istifadəsinə heç bir məhdudiyyət tətbiq edilə bilməz. Həmin qanunla xalqların öz dillərində olan adları insanlara, mağazalara və digər məkanlara qoymaq hüququ var". 


"Əgər Mədəniyyət naziri çıxışında fars dilindən başqa dilləri nəzərdə tutubsa, bu qınanmalıdır və bu istiqamətdə ona lazım olan xəbərdarlıqları edəcəyik", - deyə Seyyid Salman Zakir fikrini tamamlayıb. 


Miyandudlu (Qoşaçay) deputat Mehdi İsazadə də məsələyə etiraz edən deputatlar sırasındadır. O bildirib ki, "insanları ölkə daxilində istehsal edilmiş filmlər və ictimai iaşə obyektlərinin adlarının farsca qoyulmasına məcbur etmək Konstitusiyanın 15 və 19-cu maddələri ilə ziddiyyət təşkil etməkdən başqa, tamamilə milli vəhdəti zəiflətməyə xidmət edir". 


Təbrizdən seçilmiş millət vəkili Ruhullah Mütəfəkkir Azad isə qeyd edib ki, "fars dilinin populyaşdırılması digər ana və yerli dilləri görməzdən gəlmək və onlara qarşı etinasızlıq mənası vermir. Məsullar, xüsusən də Mədəniyyət naziri bu xüsusda etdikləri açıqlamaların səbəb ola biləcəyi nəticələrə diqqət etməlidirlər". 


O, məsələ ilə əlaqədar Mədəniyyət nazirini xəbərdarlıq etdiyini və onu Milli Məclisə çağırdıqlarını deyib. Ruhullah Mütəfəkkir Azad, həmçinin nazirə xitabən "ölkədə türk dilinin qorunması üçün nə etmisiniz?" sualını ünvanlayıb. 


Təbrizin digər deputatı Mirtacəddini də sözügedən qərarı tənqid edib və bunun Konstitusiya ilə ziddiyyət təşkil etdiyini deyib. 


"Konstitusiyanın 15-ci maddəsi ana dili və yerli dillərin kütləvi informasiya vasitələrində, hətta onların ədəbiyyatının fars dili ilə birlikdə məktəblərdə tədrisinə icazə verir"- deyə deputat vurğulayıb. 


Qeyd etmək lazımdır ki, oktyabrın 4-də İranın Mədəniyyət naziri Abbas Salehi və "Fars Dili Akademiyası"nın rəhbəri Hədad Adilin iştirakı ilə keçirilən "Fars Dilinin Qorunması Şurası"nın iclasında irqçi qərar qəbul edilib. Həmin qərara əsasən, müfaviq dövlət orqanlarına mağazalara, şirkətlərə və kinofilmlərə fars dilində olmayan ad seçənlərə lisenziya verilməməsi və bu qaydaya əməl etməyənlərin İranın Hüquq Mühafizə Orqanları tərəfindən cəzalandırılması tapşırılıb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27

gun az article

Təbrizli deputat: "İrançılıq irqçilikdir"

2020-10-27

gun az article

Milli fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi zindanına köçürülüb

2020-10-27

gun az article

Təbriz və Culfada tutulmuş 5 fəaldan hələ də xəbər yoxdur

2020-10-27

gun az article

GünazTV Oct.26.2020: PARLAQ GƏLƏCƏK: Quzey Azərbaycan ordusunun zəfəri, Pan-İranizm’in kədəri

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

2020-10-26

gun az article

"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifər

2020-10-26

gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24