Güney Azərbaycanın Zəncan əyalətinin Rəcin kəndində qarpız istehsal edən əkinçilər min bir zəhmətlə əkib-becərdikləri məhsulu satışa çıxara bilmir.
Gunaz.tv
Mətbuatda yayılan məlumata görə, bunun əsas səbəbi məhsul üçün təklif olunan qiymətin sərf edilən xərcləri qarşılamamasıdır.
Satışa çıxarılmayan məhsullar əkin sahələrində buraxılaraq məhv olub.
Qeyd edək ki, Güney Azərbaycanın əksər bölgələrində əkinçilər məhsullarını vaxtı-vaxtında bazara çıxarıb real qiymətə sata bilmir. Bu problem hər il gündəmə gəlir. Hətta alma kimi bağ məhsullarının tonlarla yol kənarında qalanıb məhv olduğuna da şahid oluruq. İran dövlətinin bazara nəzarət etməməsi və müxtəlif yollarla ixracatın qarşısını alması kənd təsərrüfatı ilə məşğul olan soydaşlarımızın əsas probleminə çevrilib.





Ü.F