SON XƏBƏRLƏR

Azərbaycanlı əmək fəalı Rza Şahabinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – Tehranda

2021.10.20, 07:36
Azərbaycanlı əmək fəalı Rza Şahabinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – Tehranda

Gunaz.tv

GünAz TV: Kərəcin Rəcayişəhr zindanında məhbus həyatı yaşayan azərbaycanlı əmək fəalı Rza Şahabinin azadlığa buraxılmasını tələb edənlərin sayı artır.

 

Fəal həbsxanada ikinci dəfə beyin insultu keçirdikdən sonra kütləvi informasiya vasitələrinin də gündəminə düşüb.

 

R.Şahabinin həyat yoldaşı Rübabə Rzayi fəalın vəziyyəti ilə bağlı keçirilən etiraz aksiyasında 50 aksiya iştirakçısı ilə birlikdə saxlandıqdan sonra Tehran küçələrində R.Şahabinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb. “Rza Şahabi azad edilməlidir” şüarına Tehranın bir çox məntəqəsində rast gəlinir.

 

Ötən günlərdə tutulan aksiya iştirakçıları bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıb.

 

Sağlığının təhlükəli durumda olduğu bildirilən əmək fəalının normal xəstəxanada müalicə almasına icazə verilmir.

 

R.Şahabi Güney Azərbaycanın Şəbistər şəhərindəndir. O ötən illərdə Tehrana köçüb.

 

Mövzu ilə bağlı aşağıdakı xəbərləri oxuya bilərsiniz:

Güney azərbaycanlı əmək fəalı zindanda ikinci dəfə insult keçirib

Azərbaycanlı əmək fəalının həyat yoldaşı saxlanılıb – Tehranda

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar