SON XƏBƏRLƏR

Azərbaycanlı fəal 2.5 il müddətinə təhsildən məhrum edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal 2.5 il müddətinə təhsildən məhrum edilib

Gunaz.tv

GünAz TV: Germinin “Peyam-i nur” universitetinin öyrəncisi Məhəmməd Xakpurun təhsilinə 2.5 mçüddətinə qadağa qoyulub.

 

Millətçilik zəminində fəaliyyət göstərməkdə günahlandırılan Xakpur, Universitetdə keçirilən “azad tribun” mərasimində öyrəncilərin problemləri ətrafında çıxış edib və bu zəmində universitet məsullarını tənqid edib. Azərbaycanlı öyrənci fəal bu çıxışdan sonra universitetdə qanunsuz bulunan ETTELAAT (İran Kəşfiyyat Nazirləri) məmurları tərəfindən sorğu-suala tutulub.

 

Həmçinin Sorğu-sualdan sonra Öyrənci Elmi Qurumu universitet rəisi tərəfindən bölücülük fəaliyyətləri bəhanəsi ilə qapadılıb.

 

İnzibati komitənin hökmünə etiraz etmək üçün 10 gün vaxt nəzərdə tutulsada, bu müddətdə komitə rəsmiləri heç bir etirazı qəbul etməyiblər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar