SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Behnam Nurməhəmmədi barəsində çıxarılan müvəqqəti saxlanma qərarının müddəti uzadılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Behnam Nurməhəmmədi barəsində çıxarılan müvəqqəti saxlanma qərarının müddəti uzadılıb

Gunaz.tv

GünAz TV: Martın 14-də Tehranda tutularaq Evin zindanına aparılan azərbaycanlı milli-mədəni fəal haqda çıxarılan müvəqqəti saxlanma qərarının müddəti uzadılıb.

 

Behnam Nurməhəmmədinin ailəsi martın 22-də Tehran Məhkəməsinə müraciət etdikdən sonra saxlanma qərarının aprelin 30-dək uzadıldığı barədə məlumat alıb.

 

Azərbaycanlı fəal 9 gün əvvəl Tehranda öz iş yerində Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

Fəalın ailəsinin bütün cəhdlərinə baxmayaraq saxlanma müddətinin əsassız şəkildə bu qədər uzadılması İranın Cinayət Məcəlləsinə ziddir.

 

Təhlükəsizlik qüvvələrinə bağlı “Azəriha” saytı bu barədə yaydığı məlumatda bildirib ki, B.Nurməhəmmədi üzərində Seyid Cəfər Pişəvəri və Beynəlxalq Ana Dili Gününün dərc olunduğu türkcə təqvimlərin çap etdirilməsi ilə əlaqədar saxlanılıb.

 

Tehran sakini olan B.Nurməhəmmədi əslən Şəbistərin Nadarlı kəndindəndir. O Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar