Azərbaycanlı fəal Cəfər Rüstəmirad prokurorluğa çağırılıb

27.08.2018, 08:14

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Tehran 33-cü Məntəqə (Evin) Prokurorluğunun (Dadsəra) 7-ci şöbəsinə çağırılıb.


Çağırış vərəqəsi avqustun 25-də fəalın evinə göndərilib. Fəaldan istənilib ki, 5 gün ərzində idarəyə müraciət edərək irəli sürülən ittihamlarla bağlı sonuncu özünümüdafiə mətnini təqdim etsin.


Azərbaycanlı fəal iyulun 2-də, Babək qalası yürüşünə bir neçə gün qalmış təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb.

 

Müstəntiqin yaratdığı bütün manelərə rəğmən fəal həyat yoldaşı Ziba Pilevərinin cəhdləri nəticəsində 29 gün saxlandıqdan sonra iyulun 31-də müvəqqəti olaraq azadlığa buraxılıb.


Cəfər Rüstəmirad mədəni fəaliyyətlərinə görə ötən illərdə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astara şəhərlərinin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb.


Babək Qalası yürüşü ilə əlaqədar tutulan təxminən 80 fəaldan hazırda yalnız İbrahim Nuri qeyri-müəyyən vəziyyətdə saxlanılır, digər fəallar ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.


Beynəlxalq Əfv Təşkilatı ötən günlərdə təzyiq altında olan azərbaycanlı milli-mədəni fəallarla bağlı geniş bəyanat yayıb. Bəyanatda təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması tələb olanaraq onlara qarşı bütün işgəncə və təzyiqlərin dayandırılması istənilib. Beynəlxalq təşkilatın yaydığı bəyanatda Cəfər Rüstəmirad və İbrahim Nurinin də adları çəkilib.

 


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbizdə gənc yazıçı Ramin Behzad həbs edilib

2022-10-04

gun az article

Güney azərbaycanlı fəala qarşı ittiham irəli sürülüb

2022-10-04

gun az article

Azərbaycanlı fəal Məlika Qaragözlü həbs edilib

2022-10-04

gun az article

“Parlaq gələcək”də müzakirə: “Ərk” Cəmiyyəti: Azərbaycan Məhbuslarının səsi” -VİDEO

2022-10-04

gun az article

Ərakda azərbaycanlı öyrənci hərəkatı fəalı Əli Lətifi həbs edilib

2022-10-04

gun az article

Ərdəbildə milli fəal Yaşar Əkbərzadə həbs edilib

2022-10-03

gun az article

Rektor Təbriz Universitetində baş verənləri inkar edib

2022-10-03

gun az article

"Qələbəni "Traxtur" azarkeşlərinə ithaf edirəm"-Qurban Berdiyev

2022-10-03

gun az article

Təbriz türk şəhəridir, Təbriz İranın deyil! – VİDEO

2022-10-03

gun az article

“Azadlıq səsi”: “İndiki durumda Güney Azərbaycanın milli mövqeyinin önəmi”- VİDEO

2022-10-03

gun az article

Ərdəbildə milli fəallar həbs edilib

2022-10-03

gun az article

Abbas Lisani 11 gündən sonra ailəsi telefon əlaqəsi saxlayıb

2022-10-03

gun az article

Güney Azərbaycanda həbs edilən və öldürülənlərlə bağlı BMT-ə müraciət edib

2022-10-03

gun az article

"Traxtur" Tehran komandasını məğlub etdi

2022-10-02

gun az article

Xoyda milli fəal Cavad Əhmədi Yekanlı saxlanılıb

2022-10-02

gun az article

Urmulu milli fəal Kirmanşahda həbs edilib

2022-10-02

gun az article

Günaz.TV-də müzakirə- "Etirazlar inqilaba çevrilirmi"-VİDEO

2022-10-02

gun az article

Urmuda tanınmış media fəalı Siyavuş Süleymanipur həbs edilib

2022-10-01

gun az article

Təbrizdə Fərid Hüseyni Azər həbs edilib

2022-10-01

gun az article

"Traxtur" klubunun oyunçusu Kavə Rzayi həbs edilib

2022-10-01